Ekspert qatarların sürətini artıracaq zəruri tədbirləri açıqladı

Ekspert qatarların sürətini artıracaq zəruri tədbirləri açıqladı
 

Sürət sərnişindaşımada əsas amillərdən biridir. Bu, dəmir yolu üçün də belədir. Ümumiyyətlə, bu nəqliyyat növündə sürətin daha da artırılması nəyin hesabına təmin oluna bilər?

Bu barədə açıqlama verən nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev sürət həddinin artırılmasının birbaşa olaraq hərəkətin təhlükəsizliyini təmin edən infrastrukturun səviyyəsindən asılı olduğunu deyib:

"Sərnişin qatarlarının hərəkət sürəti sərnişindaşımanın keyfiyyətinin vacib göstəricilərindən biridir. Sürətin rasional və sistematik qaydada artırılması zəruri texniki-iqtisadi tədbirdir. Dəmir yolu nəqliyyatı hava və avtomobil nəqliyyatına nisbətən bir sıra üstünlüklərə malikdir. Bura ekoloji təmiz olmaq, təhlükəsizlik, rahatlıq, nisbətən aşağı qiymətlə səyahət etmə və cədvələ uyğun davamlı hərəkət kimi amillər daxildir. Belə olan halda həm də sərnişin qatarlarının sürətinin artırılması "Azərbaycan Dəmir Yolları” QSC-yə hava və avtomobil nəqliyyatına nisbətdə daha rəqabətqabiliyyətli xidmət göstərməyə imkan verir. Bu da öz növbəsində dəmir yoluna daha çox sərnişin cəlb edərək daşımaların rentabelliyini artırır”.

"Sərnişin qatarlarının hərəkət sürətinin artırılması böyük iqtisadi effekt verir, istismar xərclərinə qənaət edilir. Lakin bilmək lazımdır ki, sürətin hər kilometr saat artırılması əlavə təhlükəsizlik tədbirlərinin həyata keçirilməsini tələb edir ki, bu da əlavə maliyyə-material xərclərinə gətirib çıxarır. Bura daha çox tunel tipli yolötürücüləri tikilməsi, dəmir yolu xətləri boyunca çəpərlənmə işlərinin sürətləndirilməsi, siqnalizasiya sistemlərinin təkmilləşdirilməsi, dəmir yolu xətlərinin modernləşdirilməsi daxildir”, - ekspert vurğulayıb.



OXŞAR XƏBƏRLƏR

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...

Ramzan Kadırov oğlunun toyuna gələn tanınmış şəxslərin adlarını AÇIQLADI

Çeçenistanın başçısı Ramzan Kadırovun 17 yaşlı oğlu Adamın Qroznıdakı toy mərasiminə İran, BƏƏ, Türkiyə və Qazaxıstanın səfirləri və digər qonaqlar, o cümlədən ...