Ekspert müharibə anonsu verdi - İRANLA ABŞ ARASINDA

Ekspert müharibə anonsu verdi - İRANLA ABŞ ARASINDA
 

 

"ABŞ-la İran arasında müharibə ola bilər. İran məsələsi 40 ildir ki, ABŞ-da dərin natamamlıq kompleksi yaradır”


Sfera.az-a açıqlamasında bu sözləri Vaşinqtonun Tehrana münasibətdə növbəti sanksiyalara start verməsinə münasibət bildirərkən politoloq Tofiq Abbasov deyib:

 

 

"ABŞ-ın Yaxın Şərq siyasətinin davamını hər zaman ziqzaqvari şəkildə müşahidə etməkdəyik. Barak Obama dövründə Vaşinqton Yaxın Şərq məsələlərindən uzaqlaşdıqları və prosesləri bölgə dövlətlərinin ixtiyarına verdiklərini bəyan etsə də, son proseslər göstərir ki, bütün bu vədlər manipulyativ xarakter daşıyır. Əslində Amerika heç yerdən uzaqlaşmır. ABŞ hələ də İran inqilabı ilə barışmır. Bu mənada da kobud şəkildə başqa dövlətin daxili işlərinə qarışmaqda davam edir. Ona görə də tətbiq etdiyi sanksiyalarda quruculuq, konstruktiv yanaşmadan əsər əlamət görmürük”.

 

Həmsöhbətimiz ABŞ-ı dünya siyasətində qaydasız döyüşlər tətbiq etməkdə suçladı: "Əslində ABŞ BMT-nin səlahiyyətini mənimsəməklə qaydasız döyüşlər tərzində hərəkət edir və dünyada xaos yaradır. Güclü dövlətlər hər zaman xaos yaratmaqda maraqlı olublar, gərginlik onlar üçün hər zaman açar rolunu oynayıb. Ancaq İranla ABŞ münasibətlərində sanki daş qayaya rast gəlib.İran Qrenada deyil ki, ABŞ kiçik hərəkətilə oradakı xoşuna gəlməyən rejimi devirsin. İranın böyük siyasi ənənələri var. Cənub qonşumuz dünyada uzun müddət müharibə aparmağa qadir olan dövlətlərdən biridir. Amma ABŞ-da nəyin bahasına olursa-olsun İranı tənbeh etməkdə israrlı görünür. ABŞ-ın İrana qarşı ərəb NATO-su yaratmaq səyləri də alınmır. İran isə Suriya, Yəmən, İraqda ABŞ-a qarşı problemlər yaradır. Bu müstəvidə cərəyan edən prosesdən müharibə iyi gəlir.Dünya nizamı pozula-pozula gedir. Dünyada arzuolunmaz məsələlərin miqyası durmadan artır. BMT artıq öz vəzifəsinin öhdəsindən gələ bilmir. Müharibə başlayarsa onun fəsadları böyük olacaq. Bölgə dövlətləri, o cümlədən Azərbaycan bunu öz üzərində hiss edəcək. Xüsusən də qaçqınlarla bağlı məsələdə”.

 

Qeyd edək ki, Azərbaycanın qonşusu İranla ABŞ arasında münasibətlər daha da kəskinləşir. Mayın 8-də Birləşmiş Ştatlar İran üzərinə yeni iqtisadi sanksiyalar tətbiq edib. Yeni sanksiyalar bu ölkəyə neftdən sonra valyuta gətirən digər mühüm sahələri hədəfləyir. Bu sanksiyalarda məqsəd İranın polad, mis, alüminium mədənçiliyi və digər sahələrin hədəflənməsidir. Bir sözlə, artıq İranla ABŞ arasında münasibətlər demək olar ki, müharibə ərəfəsinə gəlib çatıb.

 

 

Elçin

OXŞAR XƏBƏRLƏR

Türkiyənin ən reytingli Radiosu "Kral FM"-dən Azərbaycana dəstək - Azərbaycanın yanındayıq

 Sfera.az xəbər verir ki, Türkiyənin ən məşhur radio aparıcısı Ali Şentürk öz canlı efirində Azərbaycana dəstək ifadə edib.   "Afrikalı Ali" t...

Dünyada yeni virus yayılır: Milyonlarla insan öləcək... - Koronavirusu unudun!

  Çinli alimlər donuzlardan insanlara ötürülə bilən və pandemiya riski daşıyan yeni qrip virusu aşkar ediblər. Sfera.az xəbər verir ki, 2011-2018 il...

İki nəhəngin torpaq davası: Hindistan və Çin nəyi bölə bilmir? - TƏHLİL

Hindistan-Çin sərhədində baş verən qarşıdurma nəticəsində Hindistan ordusunun üç hərbçisi həlak olub. İlkin məlumatlara görə, Çin ordusu toqquşmada beş hər...

Nazarbayevin qızı ətrafında nə baş verir? - Əvvəlcə əmlaklarına həbs qoyuldu, sonra vəzifədən çıxarıldı

Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin böyük qızı Dariqa Nazarbayeva Respublika Parlamenti Senatının sədri vəzifəsindən azad edilib. Qazaxıstan Pr...

“Kim Çen In-ındən dəqiq məlumatım var, amma demirəm…” – TRAMPDAN İKİBAŞLI AÇIQLAMA

Şimali Koreya diktatoru Kim Çen Inın öldüyü, yaxud beyin ölümü keçirdiyi haqda spekulyasiyaların davam etdiyi bir vaxtda jurnalistlər Ağ evdə bu haqda ABŞ prezi...

Türkiyədəki zəlzələdən ürək sızladan görüntü - Ata uşaqlarını qorumaq üçün özünü sipər etdi

Türkiyədə baş verən zəlzələ ilə bağlı sosial şəbəkələrdə yayılan foto diqqət çəkib. Sfera.az xəbər verir ki, yayılan fotoda atanın övladının dağıntılar alt...