Ekspert: “Astara terminalından yükaşırma dəfələrlə artacaq\"

Ekspert: “Astara terminalından yükaşırma dəfələrlə artacaq\
 

"Astara terminalının yükaşırma potensialı böyükdür. Bu potensial Astara-Rəşt dəmir yolu xətti işə düşəndən sonra tam reallaşacaq”.

Bunu "Report”a açıqlamasımda Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizinin (TRACECA) Hökumətlərarası Komissiyasının Azərbaycan üzrə milli katibi, dəmir yolu üzrə ekspert Akif Mustafayev deyib. 

O xatırladıb ki, Astara terminalının fəaliyyətə başladığı dövr ərzində, yəni 2018-2019-cu illərdə, aşırılan yüklərin ümumi həcmi 700 min tona yaxın olub. 2020-ci ilin yanvar ayında isə, terminal vasitəsilə 38 min tona yaxın yük aşırılıb: "Bu isə təxminən 30% artım deməkdir". 

Ekspertin sözlərinə görə,  Astaradan Rəştə qədər olan dəmir yolu xəttinin inşası başa çatdıqdan sonra bu marşrutla Şimali Avropadan Fars körfəzinə qədər qatarlar hərəkətdə ola bilər: "Baxmalayar ki, hələ ki, bu məsələ tam həll edilməyib. Rusiyadan gələn yüklər Azərbaycan ərazisindən İrana keçir və İranda Azərbaycanın idarəçiliyində olan terminala buraxılır”.

A.Mustafayev vurğulayıb ki, hazırda Azərbaycanda Rusiya sərhədi istiqamətində yeni avtomobil magistralı inşa edilir: "2019-cu ilin sonunda Azərbaycan-Rusiya sərhədində, Samur çayı üzərində avtomobil körpüsü işə düşdü. Bu da yükdaşımalara təsir edəcək və 2020-ci ildə kəskin artım gözlənilir”.

Xatırladaq ki, hazırda Astara terminallar kompleksinin daxilində artıq ümumi yük terminalı inşa edilib və 3 xətdən ibarət 1800 metr terminaldaxili dəmir yolları çəkilib. Bundan başqa terminalda 1440 kv. m. sahəsi olan, yüklərin aşırılmasında istifadə olunan, platforma inşa edilib. Eyni zamanda terminal daxilində administrativ bina inşa edilib ki, hazırda burada İran İslam Respublikasının gömrük orqanları yerləşdirilib. 2-ci administrativ binanın tikintisi isə hazırda davam etdirilir. Ərazidə müasir təhlükəsizlik və işıqlandırma sistemləri quraşdırılıb. Terminalda, aşırılma əməliyyatlarının aparılması üçün, işlərin operatoru olan "ADY Express” MMC tərəfindən müxtəlif texnika quraşdırılıb: avtokarlar, qaldırıcı kranlar, taxılın aşırılmasında istifadə olunan nasoslar, bitki yağların aşırılmasında istifadə olunan qurğular. Yaxın zamanlarda daha 4 terminaldaxili xəttin tikintisi aparılacaq, mövcud platforma daha da genişləndiriləcək, aşırılma əməliyyatlarının aparıldığı meydançaların sahəsi artırılacaq.



OXŞAR XƏBƏRLƏR

Azərbaycan cüdoçusu Avropa çempionu oldu

Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatının qalibi olub.   Sfera.az xəbər verir ki, ya...

Ərdoğanın ABŞ-a səfəri təxirə salındı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfəri təxirə salınıb.   Sfera.az xəbər verir ki, bu barədə "Blumberq" nəşri məlumat dərc e...

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

19:23   Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 26-da Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə g...

Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü

Şəkidə tibb bacısı antibiotikdən şoka düşüb.   Sfera.az-ın məlumatına görə, bu gün axşam saat 17 radələrində rayonun Kiş kənd sakini 1975-ci il təvəl...

Qərəzli qətnamələrin yeganə səbəbi Qarabağı azad etməyimizdir

Prezident İlham Əliyev andiçmə mərasimindəki çıxışında indiki və gələcək nəsillərin heç vaxt unutmalı olmadığı həqiqəti hər birimizin diqqətinə çatdırdı: &...

Rusiya NATO ölkələrinə hücum edəcəkmi? - Şoyqu aydınlıq gətirdi

"Bizim NATO-ya üzv dövlətlərə hücum etmək üçün nə geosiyasi, nə də hərbi maraqlarımız var". Sfera.az xəbər verir ki, bu barədə Rusiya Federasiyas...