No Image
No Image

Əhaliyə müraciət edildi

Əhaliyə müraciət edildi
Koronavirus pandemiyasına qarşı mübarizədə qoruyucu maskaların düzgün seçilməsi vacibdir. Belə ki, standartların tələblərinə görə birdəfəlik tibbi maskalar, burun və ağız boşluğunu əhatə edən və yoluxucu xəstəliklərin birbaşa ötürülməsi riskini minimuma endirmək üçün maneə yaradan vasitə olmalıdır. Qoruyucu maskaların tibbi və respirator növləri mövcuddur. Pandemiya dövründə əhali tərəfindən daha çox tibbi maskalardan istifadə olunur.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən məlumat verilib.

Xidmətdən bildirilib ki, "Azərbaycan Standartlaşdırma İnstitutu" publik hüquqi şəxs tərəfindən 2020-ci ildə Avropa standartları əsasında tibbi maskalara dair əsas tələbləri müəyyən edən iki dövlət standartı (AZS 884:2020 (EN 14683:2014) və AZS 885:2020 (149:2001+А1:2009)) qəbul edilib. Ölkədə satışa çıxarılan (yerli istehsal və idxal olunan) bütün növ maskalar bu standartların tələblərinə uyğun olmalıdır.

Bu məqsədlə məhsulun standartların tələblərinə uyğunluğuna akkreditasiya olunmuş qurumlar tərəfindən zəmanət verilir və istehlak bazarına təhlükəsizlik normalarına cavab verən mallar buraxılır: "Standartların tələblərinə görə tibbi maskaların əsas xususiyyətləri onun bakterial filtrasiya effektivliyi, maskanın hava keçiriciliyi və mikrobioloji təmizliyidir. Maska istifadəçinin burun, ağız və çənəsinə eləcə də üzün yan tərəflərinə sıx oturmasını təmin edən qoruyucu vasitələrə malik olmalı, istifadə zamanı filtr təbəqəsi ayrılmamalı, dağılmamalı, ilməsi qırılmamalıdır.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti istehlakçılara tövsiyyə edir ki, qoruyucu maskalar alarkən satıcıdan onun mənşəyi barədə məlumatları və təhlükəsizliyini təsdiq edən müvafiq sertifikatlarını tələb etsinlər. İstehlakçılar mənşəyi məlum olmayan, sertifikatlaşdırılmayan qoruyucu maskaların satışı ilə qarşılaşdıqda Dövlət Xidmətə müraciət edə bilərlər. Hazırda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən bu istiqamətdə aparılan monitorinqlər və nəzarət tədbirləri gücləndirilib.

Standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən qoruyucu maskaların dövriyyəsi ilə məşğul olan sahibkarlıq subyektləri qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. İnzibati Xətalar Məcəlləsinə əsasən bu tələblərə cavab verməyən malların satışını həyata keçirən vəzifəli şəxslərə qarşı 1500 manatdan 2000 manatadək, hüquqi şəxslərə isə 4000 manatdan 6000 manatadək cərimə tətbiq olunur".

Turan Bank
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Bakıda intihar edən gəncin kimliyi bilindi

Bakıda intihar edən gəncin kimliyi bilindi. Sfera.az xəbər verir ki, Xətai rayonunda intihar edən şəxsin kimliyi bilinib. Yanvarın 26-da saat 15 radələrin...

Bağçalı Şuşada tikiləcək məktəbin layihəsini təqdim etdi - VİDEO

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Şuşa şəhərində inşasını nəzərdə tutduqları məktəb layihəsindən danışıb. Sfera.az xə...

Aygün Kazımovanı arxada qoydu, vərəmə tutuldu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sfera.az azərbaycanlı müğənni Sevil Hacıyeva haqqında maraqlı faktları təqdim edir. Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anada...

“Britaniya” ştammının ilk mikroskopik FOTOSU

İngiltərədə ortaya çıxan koronavirusun mutasiya olunmuş yeni növünün ilk mikroskopik şəkili çəkilib. Sfera.az  xəbər verir ki, foto İstehlakçı Hüquql...

Moskvada son 140 ilin rekord temperaturu qeydə alındı

Rusiyanın paytaxtı Moskvada bu gün son 140 ildə həyata keçirilən meteoroloji müşahidələrin bütün dövrü üçün ən yüksək temperatur qeydə alınıb. Sfera.az xə...

Rəmişin son halı - FOTO

Səhhətində problem olan Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) yeni görüntüsü yayılıb. Sfera.az  xəbər verir ki, şəkli Xalq artisti Fatma Mahmudova so...