\"Əgər belə bir şey olsaydı, həmin vaxt olmasa da sonrakı dövrlərdə mənim məlumatım olardı\"

\
 
Keçmiş baş nazir Pənah Hüseyn Moderator.az-a açıqlamasında Gəncə qiyamının Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini əngəllədiyini vurğulayarkən aydın səmada şimşək effekti verən iddiada bulunub:

"1993-cü ilin iyun ayının birinci və ikinci ongünlüyündə böyük sülh sazişinin imzalanması gözlənilirdi. Bu saziş və ona əlavə olunan sənədlərə görə 20 iyunda Kəlbəcər azad olunurdu. Sonrakı 40 gün ərzində isə Azəbaycanın ərazi bütövlüyü gözlənilməklə, habelə Dağlıq Qarabağda yaşayan ermənilərə özünüidarəetmə muxtariyyəti verilməklə müharibə qurtarırdı. Bu saziş 26-27 may tarixlərinə imzalanmışdı. Iyunun 14-də qondarma Dağlıq Qarabağ "Respublikası”nın parlamenti tərəfindən də qəbul edilmişdi. Artıq o vaxt qiyam başlamışdı. Ermənilər şərt qoydular ki, vəziyyət aydınlaşandan sonra bu plan işləməyə başlasın..."

BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevsə Pənah Hüseynin bu açıqlaması ilə razılaşmır. 

Moderator.az əməkdaşının mövzu ətrafında Qüdrət bəylə qısa dialoqunu təqdim edirik:

- Qüdrət bəy, sabiq baş nazir Pənah Hüseyn "Moderator.az" saytına verdiyi açılamada deyib ki, 1993-cü ilin 4 iyun Gəncə qiyamından öncə 25-26 may tarixlərində ermənilərlə sülh sazişi imzalanıb və iyunun 14-də Dağlıq Qarabağ "Respulikası"nın parlamenti də onu təsdiq edib. Sazişə əsasən iyunun birinci və ikinci ongünlüyündə böyük sülh sazişinin imzalanması gözlənilirmiş.40 gün ərzində Qarabağ ermənilərinə özünüidarəetmə muxtariyyatı verməklə müharibəyə  Azərbaycanın ərazi bütövlüyü çərçivəsində son qoyulurmuş. Sizin bu barədə məlumatınız olubmu?

- 27 ildən sonra Pənah bəyin belə bir açıqlama ilə çıxış etməsi qətiyyən başa düşülən deyil. Onun açıqlamasından belə anlaşılır ki, sazişin imzalanması  iki gün çəkib, 25 və 26 may. Saziş harda imzalanıb? Niyə xalqdan gizli saxlanılıb? Sazişi kim imzalayıb? Sazişin imzalanmasında hansısa xarici dövlətin vasitəçiliyi olubmu? Böyük sazişin imzalanmasının dəqiq vaxtı niyə müəyyən olunmayıb?İyunun birinci və ikinci ongünlüyü nə deməkdir? Sazişin mətni niyə indiyə qədər dərc olunmayıb?

Saziş qondarma Qarabağ Respublikasının Parlamentində müzakirə olunduğu halda bizim parlamentdə niyə müzakirə olunmayıb? Əgər düşünülübsə ki, Pənah bəyin dediyi böyük saziş imzalanandan sonra bu barədə xalqa məlumat verilsin, onda qiyam başlayandan sonra xalqa niyə deyilmədi ki, qiyam sülh sazişini pozmaq üçündür.

Mən həmin vaxt dövlət katibinin köməkçisi idim, əgər belə bir şey olsaydı, həmin vaxt olmasa da sonrakı dövrlərdə mənim məlumatım olardı. Mənim Kələkidə Əbülfəz bəylə, Əli Kərimli ilə qiyam barədə çoxlu söhbətlərim olub, ola bilməzdi ki, bu boyda hadisəni gizlətsinlər. Ümumiyyətlə isə bunu gizlətmək sadəcə mümkün deyildi. Mən bu günə qədər heç vaxt AXC hakimiyyətində təmsil olunmuş heç kimdən bu barədə nəsə eşitməmişəm.

OXŞAR XƏBƏRLƏR

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...

Ramzan Kadırov oğlunun toyuna gələn tanınmış şəxslərin adlarını AÇIQLADI

Çeçenistanın başçısı Ramzan Kadırovun 17 yaşlı oğlu Adamın Qroznıdakı toy mərasiminə İran, BƏƏ, Türkiyə və Qazaxıstanın səfirləri və digər qonaqlar, o cümlədən ...