Əfqanıstanda “Taliban”la həyat necədir? - FOTOLAR

Əfqanıstanda “Taliban”la həyat necədir? - FOTOLAR
Xəbər verdiyimiz kimi, "Taliban” hərəkatı avqustun 15-i paytaxt Kabili ələ keçirərək, bütün ölkə ərazisinə nəzarət etdiyini elan edib.

"Taliban”ın yenidən hakimiyyətə gəlməsi ilə əfqan qadınlar və uşaqlar üçün həyat öz donunu dəyişib. Belə ki, ölkə əhalisinin əksəriyyəti yeni rejimin 1996-2001-ci illərdə mövcud olan rejimlə eyni olmasından ehtiyat edirlər. Həmin dövrdə şəriət qaydaları ən sərt şəkildə tətbiq edilirdi. Bu zaman qızlar üçün təhsil almaq, qadınlara işləmək, müasir paltarlar geyinmək və yanında kişi olmadan küçəyə çıxmaq qadağan idi. Həyat yoldaşına xəyanət edən qadınlar isə daş-qalaq edilirdi.

Sfera.az-ın məlumatına görə, "Taliban” hakimiyyətə gəldikdə öz mövqelərinin "yumşalması” barədə vədlər verib.

Onların sözlərinə görə, "əfqan qaydaların və islam dəyərlərinə” uyğun olaraq qadın hüquqlarına hörmət edəcəklər. Lakin hələlik Əfqanıstanda qadınların hüququ istiqamətində əhəmiyyətli addımların atıldığını görmək çətindir.

"Reuters” agentliyinin yeni fotoları sayəsində isə Əfqanıstanda "Taliban” rejimi dövründə sakinlərin necə yaşadığı barədə az-çox təsəvvürə malik olmaq mümkündür.

Fotolardan Kabilin attraksion parkında gənc qızların necə əyləndiyini, qadınların çörək növbəsində necə gözlədiklərini, kişilər arasında küçə döyüşlərinin ümumi mənzərəsini görmək mümkündür.

(Qafqazinfo)

OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...