Əbülfəs Qarayevin səlahiyyətləri kimə həvalə edilib? – RƏSMİ AÇIQLAMA
11:50 / 25.05.2020
8548
Bəzi kütləvi informasiya vasitələrində Mədəniyyət nazirinin səlahiyyətlərinin nazirin birinci müavininə həvalə olunması barədə yayılan xəbərlər həqiqəti əks etdirmir.
Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, hazırda Mədəniyyət nazirinin müavinləri vəzifələrinin icrasını həyata keçirirlər. Mədəniyyət nazirinin səlahiyyətləri rəsmi şəkildə heç kimə həvalə edilməyib.
(trend)