Ebru Gündeş Rza Zərrabdan boşandı

Ebru Gündeş Rza Zərrabdan boşandı
Məşhur türkiyəli müğənni Ebru Gündeş həyat yoldaşı Rza Zərrabdan boşanıb.
 
Sfera.az bildirir ki, cütlüyün məhkəmə işi ötən gün İstanbulda baş tutub. 

Azərbaycanlı iş adamı Rza Zərrab müğənni ilə boşanmağı qəbul etdiyinə görə dava bir gündə yekunlaşıb.

Cütlüyün qızı Alaranın qəyyumluğu isə Ebru Gündeşə verilib. Qərara əsasən, Rza Zərrab qızını müəyyən günlərdə görə biləcək. İddialara görə, bu qərardan sonra Gündeş Alaranı Nyu Yorka atasının yanına aparıb, özü isə oteldə gecələyib.

Xatırladaq ki, Ebru Gündeş 11 illik həyat yoldaşı R.Zərrab ona başqa qadınlarla xəyanət etdiyinə görə boşanma qərarı almışdı.

Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR