Dünyanın ən qədim hoteli

Dünyanın ən qədim hoteli
Dünyanın ən qədim hoteli Yaponiyadakı "Nishiyama Onsen Keiunkan" elan edilib.

Sfera.az Trend-ə istinadən xəbər verir ki, araşdırmanı "OneTwoTrip" turizm portalı aparıb.

"Nishiyama Onsen Keiunkan" hotelini termal mənbələr üzərində 705-ci ildə Fucivara Maxito adlı şəxs açıb. Hazırda bu hoteli F.Maxitonun 52-ci nəsli işlədir.

Qədim zamanlarda Yamanasi prefekturasında yerləşən bu hoteldə samuraylar gecələyirdilər. Onlar məhz termal sulardan istifadə etmək üçün bu hoteldə qalırdılar. 

Hoteldə gecəyənlər sırasında Yaponiya imperatorları da olub.

Hazırda hoteldə bir gün gecələməyə görə minimum 460 ABŞ dolları xərcləmək lazımdır.

Dünyanın ən qədim hoteli

OXŞAR XƏBƏRLƏR