Texnologİya

Dünyanın ən kiçik kamerafonu təqdim edildi

Dünyanın ən kiçik kamerafonu təqdim edildi
 

"Zanco" şirkəti ən kiçik telefonunu təqdim etdi.

Sfera.az  ted.az-a istinadən bildirir ki, "Zanco", "Tiny T1" telefonunun təkmilləşdirilən versiyasını təqdim edib.

Məlumata əsasən, yeni "Tiny T2" telefonunun ölçüsü 6,1×3×1,65 santimetr, çəkisi isə cəmi 31 qramdır. "Tiny T2" keçmiş versiyasından fərqli olaraq rəngli ekran, 0.3 meqapiksellik kamera, radio və MP3/MP4 pleyerə sahibdir. Telefonun maraqlı xüsusiyyəti oyunlarla təchiz olunmasıdır, qacetdə quraşdırılan oyunlardan biri əfsanəvi "Doodle Jump"dır.

Bununla yanaşı, telefonun enerjı saxlaması da həvəskarları yaxşı mənada təəcübləndirə bilər - bu qacet enerjı yığmadan 7 günə qədər işləyə bilir.
Qeyd edək ki, "Tiny T2" telefonu aprel ayında ictimaiyyətə təqdim olunacaq. Bu qaceti 59 ABŞ dollarına əldə etmək mümkün olacaq.

XƏBƏR LENTİ

«    May 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
25262728293031