Dünyanın danışdığı fotoya görə toylarını təxirə saldılar - VİDEO - FOTO

Dünyanın danışdığı fotoya görə toylarını təxirə saldılar -  VİDEO - FOTO

Cütlük dostlarına və qohum-əqrəbalarına da müraciət edib.

Kanadalı bir cütlük Türkiyə sahillərində 3 yaşlı suriyalı qaçqın Aylanın cəsədinin fotosunu görərkən çox təsirlənib və toylarını təxirə salıblar.

ANS PRESS-in məlumatına görə, 
Toronto şəhərində Samanta Cekson və Farzin Yusefian cütlüyü toya hazırlaşarkən DHA xəbər agentliyinin müxbiri Nilufər Dəmirin çəkdiyi və bütün dünyada əks səda doğuran balaca Aylanın cansız bədənini görəndə sadəcə nikah mərasimi keçirəcəkləri barədə qərar qəbul edir.

Cütlük toyun keçirilməsi üçün yığdıqları pulu 
Suriyada müharibədən qaçan qaçqın ailələrinə bağışlayacaqlarını bildiriblər.


Cütlük sadəcə nikah mərasimi keçirib

Bu qərardan sonra hələ tələbə olan Cekson yardım kampaniyası başladıb və bu kampaniya çərçivəsində toydan topladıqları pulları Kanadaya yerləşən suriyalı qaçqın ailələrinə bağışlayıblar.

Bundan başqa, Cekson və Yusefian dostlarına və qohum-əqrəbalarına müraciət edib və onlardan suruiyalı ailələrə kömək etməklərini xahiş edib.

Sadəcə nikah mərasimi keçirən cütlük Aylana görə verdikləri bu qərardan dolayı çox xoşbəxt olduqlarını bildiriblər.

Cütlüyün başlatdığı suriyalı ailələrə yardım kampaniyası hələ də davam edir. Cekson bu günə qədər 17 min dollar yığdıqlarını və məqsədlərinin 20 min dollar toplamaq olduğunu vurğulayıb.


3 yaşlı Aylanın cansız bədəni

Sentyabrın əvvəllərində dənizdə Suriyadan qaçan miqrantların olduğu 
qayıq batıb. Həmin qayıqda 3 yaşlı Aylan, 5 yaşlı Qalib Kurdi və onların anası da olub. Uşaqların atası Abdulla Kurdi baş verənləri danışarkən bildirib ki, qəfildən qayığa su dolmağa başlayıb.

"Hamı təşvişə düşdü. Mən yoldaşımın əlindən tutdum, amma uşaqlarım əlimdən çıxdı. Hamı çığırırdı. Buna görə nə uşaqlarım, yoldaşım mənim səsimi eşidə bilirdilər, nə də mən onları. Hər tərəf qaranlıq idi. Nə edəcəyimi bilmirdim. Sahilədək üzdüm, amma orada ailəmi tapa bilmədim", - deyən ata artıq Kobanidə yaşayacağını bildirib.