Dünyanı yeni koronavirus dalğası bürüyür: Ölkələr qırmızı siyahıya salınır, sərhədlər qapadılır

Dünyanı yeni koronavirus dalğası bürüyür: Ölkələr qırmızı siyahıya salınır, sərhədlər qapadılır
Dünyada COVID-19-un yeni variantı ilə bağlı SOS siqnalı çalınıb.
 
Sfera.az bildirir ki, hələ ki az ölkədə rast gəlinən, lakin daha çox mutasiyaya uğrayan "Nu” variantı elm adamlarının ciddi narahatlığına səbəb olub. Bu baxımdan yoluxmaların qeydə alındığı ölkələr qırmızı siyahıya alınıb, sərhədlərin bağlanması istiqamətində addımlar atılıb. 

Belə ki, İngiltərənin Sağlamlıq Agentliyi "Nu” variantı üçün "İndiyə qədər izlədiyimiz ən təhlükəli növlərdən biridir. "Delta” ştammından da böyük narahatlıq yaradır və dünyada yeni koronavirus dalğalarına səbəb ola bilər”, - deyə bildirib.

Böyük Britaniya yeni növün ölkəyə girişini əngəlləmək üçün Cənubi Afrikadan olan uçuşları dayandırmaq qərarına gəlib.  "The Times” qəzetində Birləşmiş Krallığın səhiyyə naziri Sajid Cavidin Botsvana, Namibya, Zimbabve, Lesotho və Esvatini ölkələri ilə birlikdə Cənubi Afrikanı qırmızı siyahıya almağa hazırlaşdığı yazılıb. Sözügedən yerlərə səyahət etmək qadağası gündəmdə ikən, həmçinin ölkəyə hər gün Cənubi Afrikadan 500-700 nəfər arası insanın giriş etdiyi də açıqlanıb.

Qeyd edək ki, ötən gün elm adamları Afrikada yeni varianta rast gəlindiyini açıqlayıblar. Botsvanada müəyyən edilən ştamma B.1.1.529 kodu ilə tanınan "Nu” adı verilib. Mütəxəssislər sözügedən variantın tərkibində 32 fərqli mutasiyanın olduğunu bildiriblər. Yeni ştammın koronavirus əleyhinə olan peyvəndlərə qarşı daha müqavimətli ola biləcəyi qeyd edilib.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsinin vurulması ilə bağlı - YENİ DETALLAR

Bir neçə gün öncə ötən il dekabrın 25-də AZAL-a məxsus “Embraer E190” təyyarəsinin Qroznı səmasında vurulma əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfin...

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...