Dünyada ilk dəfə “hamilə” mumiya tapıldı - FOTO

Dünyada ilk dəfə “hamilə” mumiya tapıldı - FOTO
Polşalı alimlər paytaxt Varşavadakı Milli Muzeydə saxlanılan 2 min illik qalıqları araşdırarkən dünyada ilk dəfə hamilə bir misirli qadının mumiyasını kəşf ediblər. 
 
Sfera.az xəbər verir ki, əvvəlki tədqiqatlarda sözügedən mumiyanın eramızdan əvvəl I əsrdə yaşamış bir kişi keşişə məxsus olduğu ehtimal olunurdu.

Varşava Universitetinin antropoloqu və arxeoloqu Marzena Ozarek-Szilke Misirdən olan arxeoloq həyat yoldaşı ilə birlikdə rentgen görüntülərini incələdikdən sonra qadın mumiyasının qarnında kiçik bir ayaq gördüklərini bildiriblər.

Arxeoloq Szilke qadının 20 və ya 30 yaşında, körpənin isə təxminən 20-30 həftəlik olduğunu aşkar etdiklərini qeyd edib. O, körpənin ana bətnindən çıxarılmamasının səbəbini hamiləliyi kamuflyaj etmək və ya sonrakı həyatda yenidən doğuşa inancla əlaqələndirib. 

Polşa Elmlər Akademiyasından Vojcieç Ejsmond isə mumyalama prosesi zamanı qadının qarnından dölün nə üçün çıxarılmadığını bilmədiklərini söyləyib:
"Bu səbəbdən tapılan mumiya həqiqətən bənzərsizdir. Əvəllər belə hallar görməmişdik. Bu o deməkdir ki, tapdığımız mumiya qarnında körpəsi olan yeganə mumiyadır".

Qeyd edək ki, sözügedən mumiya 19-cu əsrdə Misirdən Polşaya gətirilib və 1917-ci ildən bəri Polşa Milli Muzeyində nümayiş olunur.

İnci
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...