No Image
No Image

Dünyada daha 10 mindən çox insan təhlükəli virusdan öldü

Dünyada daha 10 mindən çox insan təhlükəli virusdan öldü
Dünyada koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 153,18 milyonu ötüb.

Sfera.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

ÜST-ün məlumatına görə, mayın 4-də dünyada daha 644 685 insanda COVID-19 aşkarlanıb, virusa yoluxmuş 10 501 nəfər ölüb.

Ötən gün ərzində yoluxma hallarının yarıdan çoxu cənub-şərqi Asiyanın regionunun payına düşür.

Dünyada ən çox yoluxma halı ABŞ-da qeydə alınıb. Bu ölkədə 32 083 656 nəfərdə COVID-19 aşkarlanıb. Siyahıda sonrakı yerdə Hindistan (20 282 833), Braziliya (14 754 910), Fransa (5 567 300), Türkiyə (4 900 121), Rusiya (4 839 514), Böyük Britaniya (4 421 854), İtaliya (4 050 708), İspaniya (3 514 942), Almaniya (3 433 516), Argentina (3 005 259) və Kolumbiya (2 893 655) qərarlaşıb.

Koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST ötən il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra - martın 11-də isə koronavirusu pandemiya elan edib.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Bayden İsrail və Fələstinin liderləri ilə telefonla danışdı

İsrailin baş naziri Binyamin Netanyahu ilə ABŞ prezidenti Co Bayden arasında telefon danışığı baş tutub. Sfera.az xəbər verir ki, bu barədə baş nazirin də...

Fələstinin Rusiyadakı səfiri: “Ermənistanla əla münasibətimiz var...”

"Fələstin Türkiyənin verdiyi dəstəyi yüksək qiymətləndirir, lakin mövcud gərginliyi Qarabağdakı vəziyyətlə müqayisə etmək istəmir”. Sfera.az xəbər verir k...

Zərif İsrail bayrağına görə xarici səfərini təxirə saldı

İranın xarici işlər naziri Cavad Zərif Avstriyaya bugünki səfərini təxirə salıb. Sfera.az xəbər verir ki, bu barədə Avstriya XİN-dən məlumat verilib. ...

Dünyada bir gündə 13 minə yaxın şəxs virusdan öldü

Dünyada yeni növ koronavirus infeksiyasına yoluxanların sayı 161,51 milyonu ötüb. Sfera.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məl...

Ukrayna Medvedçuku Moskvaya verir, əvəzində isə...

Kiyev Müxalif Platforması – Həyat naminə Partiyasının sədri Viktor Medvedçukla Rusiyada həbsdə olan ukraynalıları dəyişdirə bilər. Sfera.az xəbər verir ki...

Amerikalı senator İsrailə gedir

ABŞ-da respublikaçı senator Ted Kruz Qəzzada yaşanan gərginlik fonunda İsraili ziyarət etmək niyyətində olduğunu açıqlayıb. Sfera.az xəbər verir ki, bu ba...