Gürcüstanla sərhəddə iki azərbaycanlı cərimələndi

Gürcüstanla sərhəddə iki azərbaycanlı cərimələndi
"Qırmızı körpü” sərhəd-keçid məntəqəsinin əməkdaşları iki Azərbaycan vətəndaşından qeydiyyata alınmamış qızıl aşkar ediblər.

Azərbaycan vətəndaşlarının avtomobilinin yük hissəsindən dəyəri 11 804,56 lari (təxminən 7460 manat – red.) olan 171,29 qram qızıl aşkar edilib.

Sfera.az Oxu.az-a istinadla bildirir ki, Gürcüstanın Vergi Məcəlləsinə uyğun olaraq, azərbaycanlılar 11 804,56 lari (təxminən 7460 manat – red.) məbləğində cərimələniblər.

OXŞAR XƏBƏRLƏR