Baş nazir Trampı müstəmləkəçi adlandırdı

17:08 / 09.01.2019
3374
Malayziya Baş naziri Mahattir Məhəmməd ABŞ Prezidenti Donald Trampı tənqid edib.
Mahattir Məhəmməd açıqlamasında vurğulayıb ki, Donald Tramp sabit ölkələr arasındakı münasibətlərə təhdiddir. "Ticarət müharibələri heç bir şeyi həll etməyəcək", - deyə Mahattir Məhəmməd diqqətə çatdırıb. O qeyd edib ki, Donald Tramp müstəmləkəçi zehniyyətə sahibdir.