Tramp: \"Hazırlaş Rusiya, raketlər gəlir!” - VİDEO

Xəbər verdiyimiz kimi, ötən gün ABŞ prezidenti Donald Trampın Suriyadakı vəziyyətlə bağlı Rusiya haqda söylədiyi fikirlərə bu gün Rusiyadan da cavab gəlib. Rusiyanın Liviyadakı səfiri mediaya açıqlamasında bildirib ki, Suriya səmalarında görünəcək ABŞ-a məxsus raketləri və onların düşdükləri əraziləri məhv edəcək.
Sfera.az xarici mediaya istinadən bildirir ki, buna cavab olaraq Tramp bu gün Rusiyaya daha sərt nota yollayıb. O, özünün Tvitter bloqunda bunları yazıb:
"Onlar bizim Suriyaya atacağımız raketləri vuracaqlar deyə cavab göndəriblər. O zaman Rusiya hazır olsun, onlar uçacaqlar. Onlar yaxşı, yeni və "ağıllı”dır!.
Donald Tramp həmçinin, Suriyada öldürülən günahsız uşaqlar haqda yazaraq bu addımı müdafiə edən Rusiyanı sərt tənqid edib: "Öz vətəndaşlarını öldürən və bundan həzz alan "qazlı heyvan-qatili” dəstəkləmək lazım deyil!”.
Nigar Məhərrəm
Sfera.az
=