Vladimir Putin amerikalı generalları təltif etdi

15:29 / 10.04.2018
2486
Vladimir Putin amerikalı generalları təltif edib.
Sfera.az Rusiyanın "tsargrad.ru” saytına istinadən xəbər verir ki, Rusiya və ABŞ arasında mürəkkəb xarici siyasi münasibətlərinə baxmayaraq, Vladimir Putin iki Amerika astronavtını Dostluq ordeni ilə təltif edib.
NASA-nın keçmiş rəhbəri, dəniz-piyada korpusunun general-mayoru Çarlz Bolden və ABŞ NASA məşvərət şurasının sədri Tomas Stafford bu mükafata layiq görülüb.
Prezidentin imzaladığı fərmanda bildirilib ki, hər iki amerikalı "Amerika Birləşmiş Ştatları və Rusiya Federasiyası arasında kosmonavtika sahəsində əməkdaşlığın inkişafına verdiyi böyük töhfəyə görə" mükafatlandırılıb.