Azərbaycanın Rusiyadakı səfirliyi vətəndaşlara müraciət edib

Azərbaycanın Rusiyadakı səfirliyi vətəndaşlara müraciət edib

Azərbaycanın Rusiyadakı səfirliyi vətəndaşlara müraciət edib.

"Report"un məlumatına görə, səfirliyin rəsmi səhifəsində dərc olunan müraciətdə deyilir ki, son zamanlar Rusiyada müxtəlif yerlərdə (ticarət obyektləri, hava limanları, dəmir yol və avtobus vağzalları, soydaşlarımızın daha çox məskunlaşdığı ərazilər və s.) mənsubiyyəti bəlli olmayan şəxslər tərəfindən nağd pul müqabilində müxtəlif sənədlərin (şəhadətnamə, arayış və s.) hazırlanıb-verilməsi üzrə xidmətlərin təklif olunması qeydə alınır.

"Səfirlik bir daha izah edir ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, bütün rəsmi sənədlərə görə dövlət rüsumu tutulur. Həmin rüsum səlahiyyətli dövlət orqanı tərəfindən verilən qəbz əsasında yalnız bank ödənişi yolu ilə yerinə yetirilə bilər. Xarici ölkələrdə sözügedən səlahiyyətli orqanlar Azərbaycan Respublikasının səfirlikləri və konsulluqlarıdır", - deyə müraciətdə vurğulanıb. 

Müraciətdə bildirilib ki, Rusiyada bu, Moskvada yerləşən səfirlik, eləcə də Sankt-Peterburq və Yekaterinburq şəhərlərindəki Baş Konsulluqlardır: "Burada toplanılan konsulluq haqları hər ayın yekunlarına dair bank köçürülməsi yolu ilə xəzinəyə ödənilir və Azərbaycan dövlətinin mənfəətinə çevrilir.

 

Digər yerlərdə nağd şəkildə ödənişlərin istənilməsi qanunsuzdur. Bunu təklif edən şəxslər fırıldaqçılardır və onlar insanların etimadından sui-istifadə edirlər. Onların vətəndaşlara verdiyi sənədlər isə saxtadır. Belə sənədlərdən istifadə edilməsi vətəndaşlar üçün ciddi problemlər yarada bilər.

Bununla əlaqədar səfirlik təkrar bəyan edir ki, hər hansı arayış, şəhadətnamənin alınması, rəsmi sorğunun edilməsi və s. məqsədlərlə, yalnız səfirliyə və Baş Konsulluqlara müraciət edib, orada verilən ərizə-anketlərin doldurulması və alınan qəbzlərin bankda ödənilməsi yolu qanuna uyğun hərəkət etmək lazımdır". 


OXŞAR XƏBƏRLƏR

Trampa dəstək üçün köynəyini cırdı - VİDEO

Güləş əfsanəsi Hulk Hoqan iyulun 18-də Viskonsin ştatının Milwaukee şəhərində ABŞ prezidentliyinə namizəd Donald Trampı dəstəkləmək üçün Respublikaçılar Partiya...

Dünyanın ən təcrid olunmuş qəbiləsi ilk dəfə meşədən çıxdı: Onları buna nə vadar etdi?

Amazonunun yağışlı meşələri ilə zəngin olan Peru planetin ən təcrid olunmuş yerli qəbiləsinin məskənidir. Bu icmanın üzvləri əvvəllər evlərini tərk etmirdilər, ...

Meymun sürüsü sərinlənmək üçün sinif otaqlarına basqın edib - FOTO

Tayvan liseylərindən birinə aqressiv meymun sürüsü basqın edib. Onlar anomal istidən qaçaraq, həm də yemək axtarıblar. Sfera.az bildirir ki, meymun sürüsü ...

ABŞ-da səmada naməlum işıq parıltısından sonra qəribə vibrasiyalar müşahidə edilib

Nyu-Yorklular səmada güclü işıq çaxması və bunun ardınca ayaqlarının altında qəribə titrəyişlər hiss ediblər. Sfera.az bildirir ki, məlumata görə, meteor b...

Kim Kardaşyan və oğlu nadir xəstəlik daşıyıcısıdır - FOTO

Kim Kardaşyan keçmiş əri, reper Kanye Uestdən olan oğullarından birinin nadir dəri xəstəliyindən əziyyət çəkdiyini deyib. Sfera.az bildirir ki, Kim Karda...

Kəlbəcərdə mina partlayışlarında 3 nəfər yaralandı - YENİLƏNDİ

19:00   Kəlbəcər rayonunda 55 yaşlı kişi minaya düşüb.   Sfera.az xəbər verir ki, 1969-cu il təvəllüdlü Xəlifə Həsən oğlu Hüseynov ra...