The Times of Israel: \"Ermənistanla İranı birləşdirən dəmir yolunun tikintisi layihəsi müvəffəqiyyətsizliyə məhkumdur\"

The Times of Israel: \

"Ermənistanla İranı birləşdirən dəmir yolunun tikintisi layihəsi müvəffəqiyyətsizliyə məhkumdur".

Sfera.az Trend-ə istinadən xəbər verir ki, bunu "The Times of Israel" (timesofisrael.com) internet-qəzetində yer alan məqaləsində analitik Fuad Şahbazov yazıb.

Məqalədə qeyd olunur ki, dəmir yolunun Ermənistan hissəsinin tikintisinin təxmini dəyəri 3,2 milyard dollar təşkil edir. Layihənin ümumi dəyəri Ermənistanın illik büdcəsinə bərabərdir.

Müəllif hesab edir ki, Ermənistanın regional tərəfdaşı olan İran dəmir yolunun uzunluğu 250 kilometrə yaxın olan Ermənistan hissəsinin tikintisi üçün kredit təqdim etməyə hazırlaşmır. Müəllifin fikrincə, Tehran bu layihədə Yerevanın olduğu qədər maraqlı deyil.

Məqalədə qeyd olunur ki, Ermənistanın dəmir yolu layihəsi barədə müzakirələr aparmasına baxmayaraq, bu ölkə Tehranı maraqlandıra biləcək alternativ layihə və ya ideya təklif etmək iqtidarında deyil. Eyni zamanda, qonşu Azərbaycan regionda dəmir yolları sahəsində təşəbbüsü sürətlə öz üzərinə götürür.

F.Şahbazov qeyd edir ki, məhz bütün bu faktlar İran və Ermənistan arasındakı bu layihənin müvəffəqiyyətsizliyə məhkum olacağını fikirləşməyə əsas verir.



OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...