Tramp "Coca-Cola"nın Meksikada fəaliyyətinə qadağa qoyacaq

Tramp

ABŞ prezident Donald Tramp yaxın günlərdə "Coca-Cola" şirkətinin rəhbərliyi ilə görüşərək, onlardan  Latın Amerikasında, xüsusi ilə də  Ukraynada istehsalatı tam dayandırmağı və ya azaltmağı  tələb edəcək.

Sfera.az APA-ya istinadən xəbər verir ki, Trampın bu planı "Coca-Cola"-nın son addımları ilə əlaqəlidir. Belə ki, şirkət D.Trampın miqrasiya siyasətinə qarşı kampaniyaya qoşulub,  Latın Amerikasından gələnlərə  #OrgullosoDeSer dəstək aksiyası təşkil edib və müvafiq klip çəkdirib.  

Qeyd edək ki, Donald Tramp prezident səlahiyyətlərinin icrasına başlayan kimi Meksika ilə sərhəddə divarın ucaldılmasına dair sərəncam imzalayıb.
 
Bundan başqa,  D. Tramp ötən həftə  İraq, İran, Suriya, Sudan, Yəmən. Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ABŞ-a daxil olmasının qadağan edilməsi barədə fərman imzalayıb. Bundan əlavə, D. Tramp qaçqınların ABŞ-da yerləşdirilməsi barədə proqramı 120 gün müddətində dayandırıb.
 
Fərman ölkədə və dünyada geniş etirazlara səbəb olub.


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...