Telekanallara məhdudiyyət - Terror hadisələri ilə bağlı

Telekanallara məhdudiyyət - Terror hadisələri ilə bağlı

Türkiyənin Radio və Televiziya Ali Şurası (RTÜK) yerli KİV-lərin terror hadisələri ilə bağlı məlumat verməsini məhdudlaşdıran yeni tədbirlər qəbul edib.

Sfera.az Trend-ə istinadən məlumatına görə, yeni qərara əsasən Türkiyə telekanalları terror hadisəsi barədə görüntü və "Son dəqiqə" yazısı olmadan yalnız rəsmi şəxslərin məlumatlarını çatdıra biləcək və "qaçan sətirlər" təqdim edəcək.

Bundan başqa, mətbuat orqanları hadisə yeri ilə əlaqədar yalnız rəsmi qurumların təqdim etdiyi video və fotogörüntüləri yayımlaya bilər.

Hadisəni törətməkdə şübhəli bilinən terror təşkilatlarının da adlarının çəkilməsi qadağan edilir.

Qeyd olunub ki, bu qaydaları pozan teleyayımçılara qarşı cərimə sanksiyaları tətbiq olunacaq. Bir kanal bir il ərzində iki dəfə qaydanı pozarsa, 15 gün müddətində yayımı dayandırılacaq, üçüncü dəfə isə lisenzsiyası ləğv ediləcək.


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...