\"Tramp ABŞ-ı məhv edəcək, amerikalılar Çinə yerləşəcəklər\"

\

Məşhur rejissor Maykl Bey prezident Donald Trampın əleyhinə film çəkəcəyini açıqlayıb.

Sfera.az axşam.az-a istinadən bildirir ki, "Kiçik Amerika" adlı filmdə Tramp kimi bir prezidentin ABŞ-ı məhv etməsi əks olunacaq.

"Fantastik komediya janrında çəkiləcək filmdə Trampa bənzəyən bir prezidentin ABŞ iqtisadiyyatını çökdürməsi və amerikalıların Çinə sığınması, həmçinin çinli bir milyarderin muzdla tutduğu keçmiş ABŞ xüsusi təyinatlı dəstə üzvünün onun qızını xilas etməsi təsvir ediləcək", - deyə rejissor bildirib.

Qeyd edək ki, M. Bey "Transformers", "Pearl Harbour", "The Rock", "Bad Boys" və "Armageddon" kimi filmləri ilə məşhurdur.


OXŞAR XƏBƏRLƏR