Britaniyalılar fırtına təhlükəsi ilə üz-üzə qalıblar


Britaniyalılar fırtına təhlükəsi ilə üz-üzə qalıblar

Darragh qasırğası saatda 145 kilometrdən çox sürətlə Britaniyaya doğru irəliləyir.


Sfera.az xəbər verir ki, Böyük Britaniyanın Meteorologiya Xidmətinin saytında ölkə sakinlərinin həyatı üçün təhlükənin olması barədə məlumat yayılıb.
 

Qarşıdan gələn təbii fəlakətlə əlaqədar olaraq, meteoroloji xidmət dekabrın 7-si şənbə günü üçün ən yüksək, qırmızı hava təhlükəsini təqdim edib. Bu gün Uelsdə və İngiltərənin cənub-qərbində güclü küləyin elektrik enerjisini kəsməsi, evlərə ziyan vurması, nəqliyyatın hərəkətini dayandırması kimi hallar müşahidə olunub.
 

"Darrah fırtınası ilə bağlı dağıdıcı küləklərin əhəmiyyətli fəsadlar törədəcəyi gözlənilir... Uçan dağıntılar və ağacların aşması nəticəsində həyat üçün təhlükə var", - meteoroloqların bəyanatında deyilir.
 

Meteoroloqlar tərəfindən tərtib edilmiş xəritədən verilən məlumata görə, Böyük Britaniyanın əksər hissəsi dekabrın 7-də güclü küləklər üçün minimum sarı hava xəbərdarlığı altındadır. Qərb sahili və Şimali İrlandiya orta narıncı səviyyədə qalacaq.

İnci


OXŞAR XƏBƏRLƏR

Çox oxuyan insanların beyin quruluşunun fərqli olur - ARAŞDIRMA

Zövq üçün kitab oxuyanların sayı durmadan azalır. Bəs bu, beynimiz və onun təkamülü üçün nə deməkdir? Beynəlxalq alimlər qrupu bu suallara cavab tapıb və müəyyə...

Castin Biberin bu görüntüsü insanları təəcübləndirib - FOTO

Tanınmış müğənni Castin Biber meşədə soyuqda yalnız şortik geyinərək poza verib. Sfera.az xəbər verir ki, o, şəkilləri İnstaqramda paylaşıb. Castin Biber ...

Yeni Samsung Galaxy S25 Ultra-nın özəllikləri məlum odu - FOTO

Geekbench Vulkan testində qarşıdan gələn flaqman Samsung Galaxy S25 Ultra smartfonunun GPU-nun sınaqdan keçirilməsinin nəticələri şəbəkəyə sızıb.   S...

İntim və dəhşətli ifşalarla dolu: Hitlerin ingilis sevgilisinin gizli gündəliyi tapıldı

Britaniyada Adolf Hitlerə qeyri-adi dərəcədə yaxın olan aristokrat Unity Mitfordun əvvəllər məlum olmayan gündəlikləri nəşr olunub. Sfera.az bildirir ki, təd...

Ən böyük vulkanlarından biri püskürməyə hazırlaşır

İslandiyanın ikinci ən böyük vulkanı olan Bərdarbunqa püskürməyə hazırlaşır. Bu, bütün Avropada səyahət xaosunun yaranmasına səbəb ola bilər. Alimlərin proqnozl...

Politico: Trampın komandası ABŞ-də fövqəladə vəziyyət elan etmək istəyir

Amerikanın yeni seçilmiş prezidenti Donald Trampın komandasının üzvləri qeyri-qanuni miqrasiya ilə mübarizənin effektivliyini gücləndirmək üçün Birləşmiş Ştatla...