İstanbul tıxacı iş adamının həyatını qurtarıb - Adı ölənlər siyahısında idi

İstanbul tıxacı iş adamının həyatını qurtarıb - Adı ölənlər siyahısında idi

İstanbulda baş verən Reina qətliamında adı ölənlərin siyahısında yer alan iş adamı Mustafa Barının sağ qaldığı məlum olub.

"Qafqazinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, terrordan sonra Ədliyyə Tibb Qurumunun açıqladığı ölən və yaralananların siyahısında Mustafa Barının da adı olub. Televiziyadan iş adamının öldüyü xəbərini alan Barının qohumları cənazəni almaq üçün oraya yollanıblar. Ancaq bir müddət sonra qohumlarına zəng vuran Mustafa Barın ölmədiyini, həmin gün tıxaca görə Reinaya çata bilmədiyini söyləyib.

Hadisədən sonra mətbuata danışan iş adamı bir müddət tıxacda qaldıqdan sonra evə gəlib yatdığını bildirib:

"Reinaya getmək üçün yola çıxmışdıq. Amma yolların tıxac olduğunu gördük. İki seçimimiz var idi: ya 20-25 dəqiqə tıxacda qalmaq, ya da geri qayıtmaq. Biz ikincini seçdik. Saat 00:45 idi. Əgər getsəydik, çox böyük ehtimal qurbanlardan olacaqdıq".

İş adamı ölümü ilə bağlı xəbərlərin yayıldığını da səhər bilib:

"Səhər oyananda telefonuma yüzlərlə zəng və mesaj gəldiyini gördüm. Tez zəng vurub yaşadığımı dedim. Anam xəstədir, yaxşı ki, o görməyib".

İş adamı son olaraq hər zaman şikayət etdiyi İstanbul tıxacının bu dəfə həyatını qurtardığını vurğulayıb.



OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...