“Hizbullah” İsrailin Livandakı mövqelərinə zərbələr endirdi

07:45 / 15.10.2024
2396
“Hizbullah” İsrail ordusunun Livanın cənubunda və İsrailin şimalında cəmləşdiyi yerə raket zərbələri endirib.
Sfera.az RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə qruplaşmanın “Telegram” kanalında məlumat verilib.
“Hizbullah” əsgərlərinin hücumundan sonra İsrail əsgərlərinin də Halet Varda və Şebaa bölgəsindəki Livan ərazisinə atəş açdığı bildirilir.
Hadisə zamanı itkilərlə bağlı məlumat verilmir.