Putinlə Pezeşkian GÖRÜŞDÜ - Nələr müzakirə olundu?

Putinlə Pezeşkian GÖRÜŞDÜ - Nələr müzakirə olundu?

Putin Pezeşkianı Rusiyaya rəsmi səfərə dəvət edib.

 

Sfera.az bildirir ki, bu barədə liderlər Aşqabadda baş tutan görüş zamanı danışıblar. Pezeşkian isə dəvəti minnətdarlıqla qəbul edib və bundan yararlanacağına söz verib.

 

Aşqabadda keçirilən ikitərəfli görüşdə Putin həmçinin qeyd edib ki, Rusiya və İran beynəlxalq arenada birgə fəal işləyirlər. Rusiya liderinin sözlərinə görə, Moskva və Tehranın dünyada baş verən hadisələrə baxışları çox vaxt yaxın olur. Öz növbəsində Pezeşkian da  iki ölkə arasındakı münasibətləri dostluq və strateji xarakterli adlandırıb.

 

“İranla əlaqələr bizim üçün prioritetdir və çox uğurla inkişaf edir. Bu il biz ticarət dövriyyəsinin artımını müşahidə edirik. Düzdür, ötən ilki tənəzzüldən sonra bərpa olunmayıb, lakin tendensiya yaxşıdır”, - Putin qeyd edib.

 

Bununla bağlı Rusiya mediasına danışan iranlı politoloq və jurnalist Xəyal Müəzzi isə bildirib ki,  Putin və Pezeşkian arasındakı görüş İrana ABŞ və müttəfiqləri ilə artan gərginlik fonunda Yaxın Şərqdəki mövqelərini möhkəmləndirməyə kömək edəcək. Onun fikrincə, Rusiya regionda sabitliyin qorunub saxlanmasında mühüm rol oynayır və bu, liderlər arasında ilk təmasın əhəmiyyətini ehtiva edir.

 

“Tehran üçün İsraillə münaqişə fonunda Moskva ilə əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Rusiyadan hərbi və iqtisadi dəstəyin mümkün genişləndirilməsi İrana artan çətinliklərin öhdəsindən gəlməyə kömək edəcək. Vəziyyətin mürəkkəbliyini nəzərə alsaq, Rusiya və İranın Yaxın Şərq böhranlarının həllində iştirakı olmadan sabit sülhə nail olmaq mümkün deyil”, -  politoloq qeyd edib.

 

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin türkmən şairi və mütəfəkkiri Məqtimqulu Fraqinin 300 illik yubileyinə həsr olunmuş beynəlxalq forumda iştirak etmək üçün Aşqabada gəlib. Forumda Türkmənistan, İran, Pakistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Ermənistan, Monqolustan dövlət başçıları və Türkiyə parlamentinin sədri də iştirak edir.

 

Günay 
 


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...