Aİ rəsmisindən Gürcüstanla bağlı ŞOK AÇIQLAMA


Aİ rəsmisindən Gürcüstanla bağlı ŞOK AÇIQLAMA

Avropa İttifaqı Gürcüstana qarşı sanksiyalar tətbiq edə bilər.

 

Sfera.az xəbər verir ki, bu barədə "Reuters" Aİ-nin Tiflisdəki səfiri Pavel Qerçinskiyə istinadən məlumat yayıb.

 

Aİ rəsmisi bu addıma Gürcüstan demokratiyadan uzaqlaşmağa davam etdiyi təqdirdə gediləcəyini bildirib. Diplomat qeyd edib ki, Brüssel Gürcüstanın oktyabrın 26-da keçiriləcək parlament seçkilərindən sonra formalaşacaq istənilən hökuməti ilə seçkilərin demokratik keçirilməsi şərtilə əməkdaşlığa hazırdır. Səfir həmçinin xəbərdarlıq edib ki, əgər orada siyasi müxalifətsiz birpartiyalı sistem qurularsa, Gürcüstan Aİ-yə üzv ola bilməyəcək.

 

Qerçinski Tiflisdə jurnalistlərə deyib: “Hələlik mövqe budur ki, əgər seçkilərlə bağlı işlər həqiqətən də pis gedərsə, gələcəkdə sanksiyaların tətbiqi ehtimalı var”.

 

Diplomatın sözlərinə görə, hazırkı Gürcüstan hökumətinin “qeyri-dost” münasibəti səbəbindən Aİ nümayəndələri iyun ayından bəri Gürcüstan hökuməti ilə görüş keçirməyiblər. Gürcüstan hökumətinin “anti-Qərb və anti-Avropa hekayələrini” dəstəkləməyə başlamasından sonra dialoq dayandırılıb.


OXŞAR XƏBƏRLƏR

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...

Ramzan Kadırov oğlunun toyuna gələn tanınmış şəxslərin adlarını AÇIQLADI

Çeçenistanın başçısı Ramzan Kadırovun 17 yaşlı oğlu Adamın Qroznıdakı toy mərasiminə İran, BƏƏ, Türkiyə və Qazaxıstanın səfirləri və digər qonaqlar, o cümlədən ...

İTV-dən Kənan MM-in iddialarına CAVAB

İctimai Televiziya (İTV) bir neçə aktyorun, xüsusən də rejissor Kənan Mahmudovun bu kanal barədə səsləndirdiyi iddialara cavab verib.   Sfera.az ...

Türk mediası Rusiyadakı zorakılığı göstərdi - VİDEO

Rusiyada yaşayan azərbaycanlıların hüquqları ayaqlar altına atılır, onlara qarşı qeyri-insani davranış göstərilir.   Sfera.az xəbər verir ki, bu barə...