26 il sonra azadlığa çıxdı, yenə qətl törətdi

26 il sonra azadlığa çıxdı, yenə qətl törətdi

Türkiyənin Adana şəhərində 1998-ci ildə 9 yaşlı T.O adlı qıza təcavüz edib öldürən şəxs azadlığa çıxdıqdan sonra dostunu öldürüb.

 

Sfera.az xəbər verir ki, Adana Polis Şöbəsinin Cinayət Bürosu tərəfindən yaradılmış xüsusi qrup avtovağzalda işləyən və ailəsinin itkin düşdüyünə dair ərizə verdiyi Murat Arlının cəsədini martın 10-da çuvalın içində adyala bükülmüş və çürümüş halda Karataş rayonu ərazisindəki sahildə tapıb. 

 

Cinayəti araşdıran qruplar Murat Arlının söndürülən mobil telefonunun IMEI nömrəsini izləməyə alıb. Araşdırma zamanı telefonun Arlının avtovağzalda birlikdə çalışdığı dostu Atilla Cücünün oğlu tərəfindən Qarsda istifadə edildiyi məlum olub. Adana və Qarsda eyni vaxtda keçirilən əməliyyat nəticəsində Cücü və oğlu da daxil olmaqla, 5 şübhəli saxlanılıb.

 

Atilla Cücü polis bölməsində dindirilərkən qətli etiraf edib.

 

“Avtovağzalda bir yerdə qalırdıq. Birlikdə içki içmişdik, sonra mübahisə etdik. Bir anlıq qəzəblə dostumu döyərək öldürdüm. Daha sonra cəsədi adyala büküb çuvalın içinə qoydum, sonra motosikletimlə aparıb drenaj kanalına atdım. Çox peşmanam”, - deyə o bildirib.

 

Şübhəlilərdən Atilla Cücü həbs edilib, digər dörd nəfər isə məhkəmə nəzarəti altında olmaları şərti ilə azadlığa buraxılıb.

 

Həbsxanaya göndərilən Atilla Cücünün 1998-ci ildə qətl və təcavüz cinayətlərinə görə həbs olunduğu və bir müddət əvvəl azadlığa çıxdığı məlum olub. Cücü həmin vaxt qonşusunun 9 yaşlı qızı Tuğçe Omitanı siqaret aldırmaq bəhanəsi ilə evinə dəvət edib, burada kiçik qıza təcavüz edib, daha sonra öldürüb və eynən Murat Arlı kimi, cəsədini adyala bükərək drenaj kanalına atıb.

 

Atilla Cücünün həbsxanadan çıxdığını və yenə eyni şəkildə qətl törətdiyini televiziyada görən Tuğçe Omitanın anası Döne Omita üsyan edib.

 

“Sən demə, ölməyib, azadlığa buraxılıb. Və yenə də qətl törədib. Qatillərlə birlikdə yaşayırıq. Həyati təhlükəsizliyimiz yoxdur. Bu adam qızımı öldürüb kanalizasiyaya atmışdı. Onu televiziyada görəndə qızımın öldüyü günə qayıtdım, əsəb pozğunluğu keçirdim, hiss etdiyim ağrını, kədəri təsvir edə bilmirəm”, - deyə qadın jurnalistlərə bildirib.

 

Döne Omita digər qızının da xərçəng və yataq xəstəsi olduğunu deyib. (Qafqazinfo)


OXŞAR XƏBƏRLƏR

"Bu sərəncam Milli mətbuatımıza verilən önəmin bariz nümunəsidir" - Famil Fərhadoğlu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli mətbuatımızın 150 illik yubileyinin geniş şəkildə qeyd olunması ilə bağlı sərəncam imzalayıb. Sərəncama...

Müsəlman ölkəsində matəm elan edildi

İranda Bəndər Abbas şəhərindəki Şəhid Rəcai limanında baş verən partlayışla əlaqədar Hörmüzqan vilayətində 3 günlük matəm elan edilib.   Sfera.a...

İstanbul üçün dəhşətli zəlzələ XƏBƏRDARLIĞI

Məlum olduğu kimi, aprelin 23-də Mərmərə dənizinin Silivri sahillərində 6,2 bal gücündə zəlzələ baş verib. Zəlzələ və afterşoklar İstanbul və ətraf vilayətlərdə...

Məktəbdə ən yaxşı oxuyanlar bu 6 BÜRCDƏN olur

Çalışqan və müvəffəqiyyətli tələbələr adətən gördükləri işlərlə diqqət çəkirlər. Sürətli öyrənmə və anlama qabiliyyətinə sahib olan bu tələbələr, pratik zəka il...

FAKTİKİ HAVA: Güclü külək əsib, şimşək çaxıb

Milli Hidrometeorologiya Xidmətinin aprelin 27-si saat 10:00-a olan məlumatına əsasən bəzi rayonlarda yağıntılı və küləkli hava şəraiti davam edib, arabir şimşə...

İlham Əliyev Cənubi Afrika Respublikasının Prezidentini təbrik edib

Prezident İlham Əliyev Cənubi Afrika Respublikasının Prezidenti Matamela Siril Ramafozaya təbrik məktubu ünvanlayıb.   Sfera.az xəbər verir ki, məktu...