Zarafatdan uğura: Reklamdan sonra həyatı dəyişdi


Zarafatdan uğura: Reklamdan sonra həyatı dəyişdi

ABŞ-da 28 yaşlı Devid Kleyn sosial şəbəkələrdəki tanışlıq saytlarından bezərək, maraqlı bir üsul seçib.


Sfera.az bildirir ki, Devid özü haqqında reklam lövhəsi asıb və yüzlərlə cavab alıb. Onun yaradıcı yanaşması öz bəhrəsini verib.


Devid tanışlıq proqramlarından bezib və reklam vasitəsilə sevgi axtarmağa qərar verib. O, bir reklam lövhəsi icarəyə götürüb, üzərinə pişiyi ilə çəkilmiş şəklini yerləşdirib:


"Dave is free is to go with Deve" yazısını sosial şəbəkələrdə paylaşıb. Özü haqqında məlumatda yaxşı yemək bişirmək bacardığını və normal hobbilərlə maraqlandığını qeyd edib.


Reklam lövhəsində qeyd olunan “İnstagram” səhifəsinə Viskonsin, Almaniya və Avstraliya da daxil olmaqla, yaxın və uzaq insanlardan minlərlə mesaj gəlib. Cəmi bir həftə ərzində Devidin izləyiciləri 6000-dən çox olub. Çoxları ona dəstək və maraqlarını ifadə edib.
 

"Mən artıq bir neçə dəfə lövhəni bağlamaq barədə düşünmüşəm, çünki çox populyarlıq qazandım. Mən həqiqətən belə reaksiya və dəstəyi gözləmirdim. Bu, sadəcə dəlilikdir" - deyə o bildirib.

Kleyn reklam üçün 1154 dollar ödəyib. O, əvvəlcə zarafat kimi bir reklam lövhəsi icarəyə götürməyi və dostları ilə əylənmək üçün üzərinə "Salam, mən Deyvəm" yazmağı planlaşdırırdı. Ancaq son anda daha praktik və daha sadə yanaşmanın daha çox diqqəti cəlb edəcəyinə qərar verərək fikrini dəyişib.


"Tanışlıq proqramları, əksər hallarda, pisdir".
 

Devid onun minimum tələblərinə cavab verən müxtəlif qızlarla görüşməyə hazırdır. Qız təxminən 25-30 yaşlarında, sol düşüncəli, sadəcə öz həyatını yaşamağa çalışan, ciddi və yumor hissinə malik olmalıdır.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...