Maduro canlı yayımda telefonundan vatsapı silib


Maduro canlı yayımda telefonundan vatsapı silib

Venesuela Prezidenti Nikolas Maduro ölkənin bəzi bölgələrinin vatsapda zorakılıq və nifrət yaydığını əsas gətirərək tətbiqi canlı yayımda telefonundan silib.

 

Sfera.az xəbər verir ki, paytaxt Karakasda iştirak etdiyi televiziya yayımı zamanı telefonunun ekranını kameralara göstərən Maduro vatsap tətbiqini silib. Dövlət başçısı bildirib ki, vatsap hərbçiləri, polisləri, eləcə də icma liderlərini təhdid edib, ona görə də ictimaiyyətdən vatsapı könüllü silməsini istəyib.

 

Maduro camaata müraciət edərək dedi: "Vatsapdan qurtuldum. Venesuela ailələri, gənclər, vətənpərvər kişilər və qadınlar, sülh istəyirsiniz? Bütün Venesuelanın siyahısını kolumbiyalı narkotik satıcılarına və imperializmə ötürdüyü üçün vatsapı silin. Vatsapa yox".

 

Dövlət başçısı teleqram və digər sosial şəbəkəni tövsiyə edib.

 

Maduronun sözləri studiyada gurultulu alqışlarla qarşılanıb.


OXŞAR XƏBƏRLƏR

Daim tüklərinin rəngi dəyişən nadir pişiklər doğuldu - FOTOLAR

Şotlandiyada qeyri-adi unikal pişiklər nadir bir xəstəliklə doğulublar. Qeyd edək ki, bu xəstəlik nəticəsində pişiklərin tükləri daim rəngini dəyişir. Balalar a...

İdmançılarımız Vətənə döndülər - FOTO

Fransanın paytaxtı Paris şəhərində keçirilən Yay Paralimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançıları Vətənə dönüblər.   Sfera.az AZƏRTAC-a ...

Beyinə təsir edən yeni virus yayılıb - Bu üsulla keçir...

Alimlər gənə vasitəsilə ötürülən və sinir sisteminə, o cümlədən beyinə ziyan vuran yeni virus aşkar ediblər. Sfera.az xəbər verir ki, aşkara çıxarılan yeni...

Ancelina Coli premyeraya oğlu ilə qatıldı - FOTO

Hollivud ulduzu Ancelina Coli ötən axşam Toronto Beynəlxalq Film Festivalında “Qansız” filminin qala gecəsində görünüb.   Sfera.az bildirir...

Selena Qomez səhhətindəki problemlərdən danışdı:“Uşaq dünyaya gətirə bilmərəm”:

Amerikalı müğənni, aktrisa və iş qadını Selena Qomez “Vanity Fair” moda jurnalının üz qabığına çəkilərkən müsahibə verib. O, müsahibəsində səhhətind...

Fərqində olmadığımız təhlükə: “Gecə bayquşları” təhlükəli xəstəliyə daha həssasdırlar

Bu yaxınlarda aparılan araşdırma zamanı özlərini "gecə bayquşu" adlandıran (gec yatıb gec oyanamağa üstünlük verən insanların), erkən qalxanlar ilə mü...