Zelenski Ukrayna vətəndaşlarının Livandan təxliyə edildiyini açıqladı


Zelenski Ukrayna vətəndaşlarının Livandan təxliyə edildiyini açıqladı

Ukrayna Prezidenti Volodimir Zelenski Livanın təhlükəli ərazilərindən 30 ukraynalının təxliyə edildiyini açıqlayıb.

 

Sfera.az xəbər verir ki, bu barədə dövlət başçısı ənənəvi axşam videomüraciətində danışıb.

 

“Hazırda dövlətimiz Yaxın Şərqdə Livanın təhlükəli bölgələrindən təxliyə işləri aparır. Baş Kəşfiyyat İdarəsi, Xarici Kəşfiyyat Xidməti və Ukrayna Xarici İşlər Nazirliyi 30 vətəndaşımızın çıxarılmasını təşkil edib, bunlar uşaqlı qadınlardır və hazırda təhlükəsiz yerdədirlər. Biz bu işi davam etdirəcəyik. Dünyanın bir yerində xalqımıza kömək etmək, onları evə gətirmək üçün nə vaxt ehtiyac olarsa, biz bunu edirik və edəcəyik”, – ölkə lideri vurğulayıb.

 

Xatırladaq ki, daha əvvəl Birləşmiş Ştatlar Livanı tərk etmək istəyən imkansız vətəndaşlarını biletlə təmin etməyə hazır olduğunu bildirmişdi.

 

Qeyd edək ki, son bir neçə gündə İsrail ilə Livanda fəaliyyət göstərən “Hizbullah” təşkilatı qarşılıqlı hücumlar olub. Belə ki, iyulun 27-də axşam saatlarında İsrailin nəzarətində olan Colan təpələrinin atəşə tutulması nəticəsində 12 nəfər – 10-16 yaş arası yeniyetmələr həlak olub. İsrail rəsmiləri hücumda “Hizbullah”ı suçlayıb və qrupun “bütün qırmızı xətləri keçdiyini” vurğulayıb. (Report)


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...