Venesuelada 15 iğtişaşçı SAXLANILDI

Venesuelada 15 iğtişaşçı SAXLANILDI

Venesuelada baş verən etirazlar fonunda vandalizm aktlarının törədilməsinə və sabitliyi pozan hərəkətlərə görə ən azı 15 nəfər saxlanılıb.

 

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin baş prokuroru Tarek Uilyam Saab "X" sosial şəbəkəsindəki hesabında yazıb.

 

O qeyd edib ki, 15 yaşlı yeniyetmə də daxil olmaqla 9 nəfər "vandalizm aktları törədərkən və partiya qərargahlarını yandırarkən saxlanılıb.

 

Daha sonra baş prokuror daha 6 nəfərin tutulduğunu bildirib, onlardan 3 nəfəri sabitliyi pozmaq üçün üçün etirazlara rəhbərlik edib. Saxlanılarkən həmin şəxslərdən benzin, bir neçə "Molotov kokteyli", bıçaq və daş müsadirə edilib.


OXŞAR XƏBƏRLƏR