Ben Afflek və Cennifer Lopez evliliklərini xilas etməyə çalışırlar


Ben Afflek və Cennifer Lopez evliliklərini xilas etməyə çalışırlar

Amerikalı müğənni və aktrisa Cennifer Lopez və onun “Oskar” mükafatlı həyat yoldaşı Ben Afflek iki il sonra dağılmaq üzrə olan evliliklərini xilas etmək üçün çalışırlar.


Sfera.az bildirir ki, cütlük yenidən bir-birlərinə sevgi məktubları yazmağa başlayıb. Mənbənin sözlərinə görə, bu dəfə cütlük onları ictimaiyyətə nümayiş etdirməyi planlaşdırmır.
 

Mənbə iddia edir ki, onlar ailə münasibətlərini medianın diqqətindən yayındıraraq kölgəyə salmağa çalışırlar.
 

Mənbənin sözlərinə görə, bir neçə ay əvvəl cütlük təslim olmağa hazır olsalar da, indi evliliklərini xilas etmək üçün çalışırlar.
 

"Cen və Ben nə istədiklərini anlaya bilmələri üçün bir müddət ayrı qalmağın ən doğru qərar olduğuna qərar veriblər" - deyə mənbə bildirib.

“Onlar təslim olmağa hazır idilər. Boşanma sənədləri hazırdır. Ancaq bir daha cəhd etmək istədilər və bir-birlərinə məktublar yazaraq başa qayıtdılar. Bu, onları ilk növbədə yenidən bir-birinə aşiq etməyə məcbur etdi”.



Lopez "The Greatest Love Story Never Told" filmində Afflekdən aldığı bir çox sevgi qeydlərini paylaşıb. Öz növbəsində Afflek fə Cennifer Qarnerlə 13 illik evliliyi zamanı Lopezlə yazışmalardan “yapışdığını” açıqlayıb. Daha sonra məktubları və e-poçtları 2021-ci ildə yenidən bir araya gətirərək, J.Loya vermək üçün kitaba halına salıb:
 

Lopez Cennifer Qarnerlə evli olarkən də Afflekə sevgi məktubları yazıb:
 

Filmdə səslənən yazışmalardan fərqli olaraq, cütlük bu dəfə məktublarını ictimaiyyətə göstərməyəcək.


"İndi JLo bu məktubları heç kimə göstərməyəcək və bunlar sadəcə onunla Ben arasında qalacaq. Əgər birlikdə qalmaq qərarına gəlsələr, o, şəxsi həyatını bu dəfə özündə saxlayacaq. Hazırda bu, ümidverici görünür" - deyə mənbə əminliklə bildirir.
 

Qeyd edək ki, "Bennifer" kimi tanınan cütlük ilk dəfə 2002-ci ilin sonlarında nişanlanıblar. Bir il sonra problem yaşayan cütlük, 2004-cü ildə tamamilə ayrıldılar. Onlar 2021-ci ilin iyulunda yenidən bir araya gələrək, növbəti il ​​evlənib.

 

Aysel

Sfera.az
 


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...