Türkiyədə meşə yanğını: üç nəfər öldü

20:03 / 15.07.2024
10341
Türkiyənin İzmir şəhərinin Çeşmə ra yonunda baş verən meşə yanğını zamanı üç nəfər həlak olub.
Sfera.az xəbər verir ki, meşə yanğınları ilə əlaqədar 2 təyyarə, 4 helikopter, 16 su maşını, 3 su təchizatı maşını bölgəyə göndərilib.
Yanğın bölgəsində itkin düşdüyü bildirilən 3 nəfərin cəsədi tapılıb.
Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. (Report)