Rusiyada daha bir təyyarə faciəsi baş verəcəkdi

19:03 / 14.07.2024
5021
Soçidən Surquta uçan zaman “Utair” şirkətinə məxsus təyyarənin generatoru sıradan çıxıb.
Sfera.az xəbər verir ki, bu barədə “Aviancident” Teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, hadisə iyulun 13-də baş verib.
Pilotlar hündürlüyü aşağı salmaq və köməkçi enerji blokunu işə salmaq qərarına gəliblər. Yarım saatdan sonra təyyarə Surqut hava limanına enib.