Trampa qarşı sui-qəsd cəhdi xalqın iradəsinə hücumdur - Türkiyə XİN

16:14 / 14.07.2024
5588
Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
“Sözügedən sui-qəsd cəhdi həm də xalqın iradəsinə hücumdur. Demokratik siyasətə zorakılıq, dövlət çevrilişi və digər qeyri-qanuni yollarla müdaxilə qəbuledilməzdir”, - deyə bəyanatda vurğulanıb.
Nazirlik ABŞ-da keçiriləcək seçkilərin dinc şəraitdə başa çatacağına ümid etdiyini bildirib.