Avtobus zolaqlarında fasiləsizlik təmin olunacaq - DİN


Avtobus zolaqlarında fasiləsizlik təmin olunacaq - DİN

Paytaxtın avtobus zolaqlarına qanunsuz daxil olan avtomobillər ictimai nəqliyyatın fasiləsiz hərəkətində ləngimələr, süni tıxaclar, maneələr yaradır.

 

Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, şəhər sakinlərini narahat edən bu halların qarşısının alınması istiqamətində Daxili İşlər Nazirliyi tərəfindən tədbirlər görülür.

 

Xüsusilə, avtobuslarda zolağa qanunsuz daxil olan avtomobillərə qarşı qanuni tədbirlər görülməsi üçün texniki avadanlıqlar tətbiq olunacaqdır. Daxili İşlər, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri birgə avtobuslarda pilot qaydasında müşahidə və nömrətanıma sistemləri quraşdırır.

 

Bununla yanaşı, DİN tərəfindən seçilmiş stasionar nöqtələr müvafiq avadanlıqlarla təchiz edilir. Yeni sistemin qurulmasında məqsəd şəhər sakinlərinin ictimai nəqliyyatda fasiləsiz hərəkətini təmin etməkdir.


OXŞAR XƏBƏRLƏR

Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Azərbaycanda iyulun 24-dən hava şəraiti dəyişir.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.   Bildirilib...

Ağadadaş Ağayevi döyən gözətçi saxlanılıb? - RƏSMİ AÇIQLAMA

Sosial şəbəkələrdə Xalq artisti Ağadadaş Ağayevi döyən "MedEra Hospitalı"nın gözətçisi Nurəddin Cəlilovun saxlanıldığı iddia olunub.   Sfe...

"Ayda daimi baza yaratmalıyıq" - Maskdan maraqlı TƏKLİF

Amerikalı iş adamı, milyarder İlon Mask Ayda daimi əhalisi olan baza yaratmağı təklif edib.   Sfera.az xəbər verir ki, o, bu barədə sosial şəbəkədək...

Rusiya və İran tarixi sənədi imzalamağa hazırlaşır - XİN rəsmisindən AÇIQLAMA

“Rusiya və İran bu tarixi sənədin imzalanması üçün zəmin yaradan hərtərəfli əməkdaşlıq müqaviləsinə son nöqtəni qoyub”.   Sfera.az xəbər...

Yetkinlik yaşına çatmayanların kəbinini kəsənlər iki min manat cərimələnəcək

Yetkinlik yaşına çatmayanların kəbinini kəsənlər cərimələnəcək.   Sfera.az-ın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev İnzibati Xətal...

Yetkinlik yaşına çatmayanların toy və nişan mərasimlərini keçirənlər CƏRİMƏLƏNƏCƏK

Yetkinlik yaşına çatmayanların toy və nişan mərasimlərini keçirənlər 13 min manatadək cərimələnəcək.   Sfera.az-ın xəbərinə görə, bununla bağlı Prezi...