Türkiyədə bu kənd tamamilə su altında qaldı

14:10 / 23.06.2024
3873
Türkiyənin Qars vilayətinin Sarıqamış rayonunda yerləşən və Karakurt bəndinin daşması ilə boşaldılan Karakurt kəndində kilsə, köhnə kənd evləri və kənd məscidi su altında qalıb.
Sfera.az xəbər verir ki, 200 nəfərin yaşadığı kənddə yalnız məscidin minarəsi görünür.
Məscidin minarəsinin fotosunu paylaşan vətəndaşlar kəndlə yanaşı xatirələrinin də su altında qaldığını bildiriblər.