Cəsədlər küçələrin ortasına səpələnib: Ölən zəvvarların sayı artmaqda davam edir 

Cəsədlər küçələrin ortasına səpələnib: Ölən zəvvarların sayı artmaqda davam edir 

Səudiyyə Ərəbistanında Məkkəyə Həcc ziyarəti zamanı ölənlərin sayı 1000 nəfəri keçib. Rəsmilər isə 500 nəfərin öldüyünü bildirir. Amma günvurma və istidən ölənlərin əksəriyyəti qeydiyyatdan keçməmiş dindarlardır.


Sfera.az bildirir ki, artıq Məkkədə havanın temperaturu 50 dərəcəni keçib. Rusiya da daxil olmaqla azı 10 ölkənin nümayəndəsi Həcc ziyarəti zamanı dünyasını dəyişib.


Təxminən 10 ölkə Həcc ziyarəti zamanı 1081 nəfərin öldüyünü bildirib. 


Təkcə Misirdə 658 zəvvarın öldüyü bildirilir. Səudiyyə Ərəbistanının rəsmi olaraq elan etdiyi 500 nəfərin sayı açıq şəkildə reallıqla uyğun gəlmir.

 

Hər bir ölkənin səlahiyyətlilərinə görə, azı 14 Malayziyalı, 183 İndoneziyalı, 68 İordaniyalı, 35 Pakistanlı, 35 Tunisli, 11 İranlı və 98 Hindistanlı ölüb. Daha 22 iordaniyalı xəstəxanaya yerləşdirilib, 16 nəfər isə itkin düşüb. Bu barədə İordaniya Xarici İşlər Nazirliyi bildirib. Rusiya Baş Konsulluğu dörd nəfərin öldüyünü bildirib.


Ölümün əsas səbəbi həddindən artıq istidir. Təkcə iyunun 17-də Məkkədəki Məscidül-həramda temperatur selsi üzrə rekord həddə - 51,8 dərəcəyə çatıb. Səudiyyə rəsmilərinin verdiyi məlumata görə, iyunun 16-na kimi iki mindən çox zəvvar istilər səbəbindən xəstəxanalara müraciət edib.

 

Vaxtı İslami qəməri təqvimi ilə müəyyən edilən Həcc ziyarəti bu il yenidən Səudiyyənin isti yay fəslinə düşdü. Qeyd edək ki, Həccin vaxtı Milad təqvimi ilə hər il təxminən 11 gün geri çəkilir. Gələn il ziyarət iyun ayının əvvəli, ehtimal ki, daha soyuq şəraitdə baş verəcək.

 

Keçən ay Səudiyyə Ərəbistanında dərc edilən bir araşdırma, bölgədəki temperaturun hər on ildən bir Selsi üzrə 0,4 dərəcə yüksəldiyini bildirib.


Hər il on minlərlə zəvvar qeyri-qanuni yollarla Həcc ziyarətinə getməyə çalışır. Müsəlmanların çoxu bahalı olan rəsmi icazələri ödəyə bilmirlər, qənaət etməyə məcbur olurlar.

 

Səudiyyə Ərəbistanı səlahiyyətliləri bu ay Məkkədən yüz minlərlə qeydiyyatsız zəvvarı qovduqlarını bildirib. Lakin, görünür, bir çoxu hələ də keçən cümə günü başlayan əsas ayinlərdə iştirak edə bilib. Bu qrup daha həssasdır, çünki rəsmi icazələr olmadan 1,8 milyon səlahiyyətli zəvvarı sərinləmək üçün nəzərdə tutulmuş kondisionerli qurğulara daxil ola bilmirlər.


Türkiyəli turoperator Yasemin Mercanın sosial şəbəkədə yerləşdirdiyi videoda yorğun zəvvarların Məkkə ətrafında yolların kənarında uzandıqları görünür.


550-dən çox zəvvar həddindən artıq istilər və Məkkə küçələrində qalması səbəbindən ölüb.

 

Ölənlərin 323-ü Misirli, 60-ı İordaniyadan, 35-i Tunisdən olan zəvvardır.

 

Məkkədə 51,8 dərəcə temperatur qeydə alınıb və yüksələcəyi gözlənilir. Səlahiyyətlilər yaxın günlərdə daha çox ölüm hallarının olacağından narahatdırlar.


Görüntülərdə bəzi zəvvarların yerli hakimiyyət orqanlarına ölülərin cəsədlərini kəfənlərdə daşımaq üçün arabalara yükləməkdə kömək etdiyi də əks olunub. Bütün ölülər Səudiyyə Ərəbistanında dəfn ediləcək, Məkkə rəsmiləri artıq  ölənlərin ailə üzvlərini xəbərdar etməyə çalışacaqlarını açıqlayıblar. Lakin qanunsuz mühacirlərin sayını nəzərə alsaq, bu, demək olar ki, mümkün deyil.

 

2015-ci ildə baş verən ölümcül izdihamın təkrarlanmaması üçün Səudiyyə Ərəbistanı hökuməti bu il “İcazəsiz Həcc qadağandır” adlı kampaniyaya başlayıb. Qanunsuz zəvvarlara ağır cəza və cərimələr tətbiq edilir. Ötən il müxtəlif ölkələr Həcc ziyarəti zamanı 300-dən çox insanın, əsasən də indoneziyalıların öldüyünü bildirmişdi.

 

Video: 

//x.com/France24_en/status/1804117137574842769/mediaViewer?currentTweet=1804117137574842769¤tTweetUser=France24_en

 

 

Aynil


OXŞAR XƏBƏRLƏR

Türkiyə hərbçiləri daha 15 terrorçunu öldürdü

Türkiyə Silahlı Qüvvələrinin İraq və Suriyanın şimalında antiterror əməliyyatı nəticəsində 15 terrorçu öldürülüb.   Sfera.az xəbər verir ki, məlumatı...

Konfrans Liqası: "Makkabi" - "Sabah" matçının hakimləri açıqlandı

"Sabah"ın UEFA Konfrans Liqasının I təsnifat mərhələsi çərçivəsində səfərdə “Makkabi”yə (İsrail) qarşı keçirəcəyi ilk oyununun hakim təyin...

COP29 tərəfdaşlıq proqramı təqdim edildi

COP29 Azərbaycan Əməliyyat Şirkəti yerli kiçik və orta biznes nümayəndələri ilə görüşərək COP29 tərəfdaşlıq proqramını təqdim edib.   Bu barədə Sfera...

MN-dəki 143 milyonluq yeyinti: "Təkcə bir hərbi hissədə 4 milyon pul mənimsənilib"

Müdafiə Nazirliyindəki 143 milyonluq yeyintiyə görə mühakimə olunan general-mayor Nizami Məmmədov və digər üç zabitin məhkəməsi davam edir.   Sfera.a...

Övladını öldürməkdə təqsirli bilinən şəxsin məhkəməsi başlayır

Sumqayıtda azyaşlı övladını suda boğaraq öldürməkdə şübhəli bilinən türkiyəəsilli Yeşil Ahmet Turanın məhkəməsi başlayır.   Sfera.az xəbər verir ki, ...

Cüdo üzrə yeniyetmələr arasında ACF Kuboku keçiriləcək

İyulun 20-də Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə ilk dəfə 18 yaşa qədər yeniyetmələr arasında "Ne-vaza" ACF Kuboku keçiriləcək. ...