Zaporojye vilayətinin Boks Federasiyasının prezidenti GÜLLƏLƏNDİ
17:12 / 11.06.2024
2432
Ukraynanın Zaporojye vilayətinin Boks Federasiyasının prezidenti Maksim Denşik güllələnib.
Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə bu gün baş verib.
Hündürmərtəbəli binanın girişində naməlum şəxs odlu silahdan M.Denşikə 4 dəfə atəş açıb və hadisə yerindən qaçıb. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.