Hava müharibəsi: Şimali Koreya Cənubi Koreyaya zibil şarları göndərməyə davam edir - FOTO

Hava müharibəsi: Şimali Koreya Cənubi Koreyaya zibil şarları göndərməyə davam edir - FOTO

Şimali Koreya Cənubi Koreyaya zibil şarları göndərməyə davam edir. 

 

Sfera.az bildirir ki, şənbə günündən etibarən Şimali Koreya Cənubi Koreyaya zibil şarlarının göndərilməsini bərpa edib. Ümumilikdə 330-a yaxın belə hava obyekti hədəfə çatmağa çalışıb.

 

Seuldakı Birləşmiş Qərargah Rəisləri Komitəsinin məlumatına görə, Pxenyan şənbə günündən etibarən Şimali Koreya sərhədini keçərək hədəfləri vurması gözlənilən yüzlərlə zibil balonunu havaya buraxıb. Nəticədə onlardan 80-i ölkəyə çata bilib, qalanları isə yolda itib.

 

Şimali Koreyanın bu cür hava obyektləri zibil, kağız parçaları və plastik tullantılar daşıyır. Cənubi Koreya sakinlərinə xəbərdarlıq edilib ki, vəziyyət yaxın gələcəkdə təkrarlana bilər və şarlara toxunmamaq tövsiyə edilib. 


Qeyd edək ki, mayın 28-dən etibarən Şimali Koreya bu zibil balonlarından təxminən 1000-ni havaya buraxıb. Pxenyan bunun, oxşar, lakin fərqli məzmunlu şarlar olduğunu iddia edir. Bu, “anti-Pxenyan təbliğatı” olan vərəqələr göndərən Cənubi Koreyalı fəalların hərəkətlərinə cavabdır. Sonuncu dəfə belə şarlar Seuldan cümə axşamı və cümə günləri uçub, şənbə günü isə KXDR-dən “cavab” alınıb.

 

Zibil dağıntıları nəticəsində tələfat və maddi ziyan barədə məlumat verilmir. Hökumət həmçinin bildirib ki, xüsusi təcili cavab qrupu yaradılacaq və Pxenyanın hava şarlarına qarşı xüsusi tədbirlər görmək üçün hərbi hakimiyyət orqanları ilə müxtəlif məsləhətləşmələr aparılacaq.

 

"Hərbçilərimiz Şimali Koreyanın əlavə zibil atışlarına çox ciddi yanaşır. Müdafiə Nazirliyi və bütün ordunun Şimali Koreyanın zibil atışlarına və əlavə təxribatlarına dərhal cavab vermək üçün yüksək sayıqlıq və əməliyyat nizam-intizamı şəraitində qalması çox vacibdir"- deyə Cənubi Koreya Müdafiə Departamenti bildirib.

 

KİV həmçinin qeyd edir ki, zibil balonlarının buraxılmasına cavab olaraq Cənubi Koreya sərhəddəki səsgücləndirici vasitəsilə Şimali Koreyaya qarşı yayıma başlamaq niyyətindədir.

 

Xatırladaq ki, iyunun 7-də iki Asiya ölkəsi arasında hava şarları savaşının davam etdiyi bildirilmişdi. Rəsmi Pxenyan Cənubi Koreyaya şarlarda zibil torbaları göndərdikdən sonra Seul fəalları pankartlı şarlar, dollarlar, K-pop hitləri və videoları olan fleş disklərlə cavab veriblər.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda bu ilin altı ayında yol qəzalarında 333 nəfər ölüb

Cari ilin altı ayı ərzində respublikanın avtomobil yollarında qeydə alınan yol qəzalarının sayı ötən illə müqayisədə əhəmiyyətli dərəcədə azalıb. Sfera.az ...

Dünya nəhəngləri arasında GƏRGİNLİK ARTIR: Çin ABŞ ilə nüvə danışıqlarını DAYANDIRDI

Çin demokratik yolla idarə olunan və öz ərazisi olduğunu iddia etdiyi Tayvana silah satışına cavab olaraq ABŞ ilə silahlara nəzarət və nüvə silahlarının yayılma...

"Sabah saat 00:00-dan..." - Əhaliyə RƏSMİ XƏBƏRDARLIQ!

19 iyul saat 00:00-dan 22 iyul saat 06:00-dək Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu  küçəsində (Təbriz küçəsi ilə kəsişmədən Şah İsmayıl Xətai pr...

Bakıda Fransa Koloniyalarının Beynəlxalq Azadlıq Cəbhəsi yaradıldı

Artıq məlumat verildiyi kimi, Qvadelupanın Azadlığı naminə Xalq Birliyinin təşkilatçılığı va Bakı Təşəbbüs Qrupunun (BTQ) dəstəyi ilə Fransa müstəmləkəçiliyində...

Vilayət Eyvazov Qubada vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTOLAR

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iyulun 17-də və 18-də Quba Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.   Bu barədə S...

Bakıda qanunsuz quraşdırılan metal konstruksiyalar söküldü - FOTO

Bakının mərkəzində işbazlar tərəfindən qanunsuz olaraq quraşdırılan metal konstruksiyalar sökülüb.   Komitənin mətbuat xidmətindən bildirilib ki, Xət...