Saakaşvili hava limanında yaşayacaq
Dünya
10:47 / 08.12.2016
1046
Gürcüstanın keçmiş prezidenti, Odessa şəhərinin sabiq qubernatoru Mixail Saakaşvili bəyan edib ki, əgər Ukrayna vətəndaşlığından çıxarılsa, hava limanlarının birinin tranzit zonasında yaşayacaq.
AzVision.az xəbər verir ki, Saakaşvili hazırda Ukrayna Ali Radasına növbədənkənar seçkilərin keçirilməsinə çalışır.
Sabiq qubernator Ukraynanı tərk etmək fikrində olmadığını deyib.
Saakaşvili, həmçinin qeyd edib ki, təsis etdiyi "Yeni Qüvvələr Hərəkatı”nın üzvlərinin sayı artıq 20 mini ötüb.