İsrail-Misir sərhədində atışma - 2 hərbçi öldü
![İsrail-Misir sərhədində atışma - 2 hərbçi öldü](https://sfera.az/photo/orginal/2024/05/27/1716819846_izq.jpg)
Dünya
18:26 / 27.05.2024
9064
Rəfah keçid məntəqəsi yaxınlığında Misir və İsrail hərbçiləri arasında atışmada 2 Misir hərbçisi ölüb.
Sfera.az bildirir ki, bu barədə ərəb dilli mətbuat məlumat yayıb. İsrail mətbuatı isə bir Misir hərbçisinin ölümü barədə məlumat yayıb.
İsrail Müdafiə Nazirliyi, Qəzza-Misir sərhədində baş verən atışma hadisəsindən sonra rəsmilərin Misirlə əlaqə saxladığın bildirib.
"Bir neçə saat əvvəl Misir sərhədində atışma olub, insident araşdırılır, Misir tərəfi ilə dialoq aparılır", - IDF bildirib.