Rəisinin helikopterinə atəş açılıb? - RƏSMİ NƏTİCƏ AÇIQLANDI

Rəisinin helikopterinə atəş açılıb? - RƏSMİ NƏTİCƏ AÇIQLANDI

İran Silahlı Qüvvələrinin Baş Qərargahı Prezident İbrahim Rəisinin helikopterinin qəzaya uğraması ilə bağlı araşdırmanın ilkin nəticələrini dərc edib.

 

Sfera.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

 

Hesabatda bu məqamlar əksini tapıb:

 

- Helikopter planlaşdırılan marşrut üzrə hərəkətini davam etdirib və təyin olunmuş uçuş yolundan çıxmayıb;

 

- Helikopter qəzasından təxminən bir dəqiqə yarım əvvəl pilot uçuş qrupunun digər iki helikopteri ilə əlaqə saxlayıb;

 

- Qəzaya uğramış helikopterin qalan komponentlərində güllə izləri və ya oxşar hallar müşahidə olunmayıb;

 

- Qəzaya düşən helikopter dağa dəydikdən sonra alovlanıb;

 

- Ərazinin mürəkkəbliyi, duman və temperaturun aşağı olması səbəbindən kəşfiyyat əməliyyatı gecəyə qədər uzadılıb və gecə boyu davam etdirilib, bazar ertəsi səhər saat 5-də pilotsuz təyyarənin (İran) köməyi ilə qəzanın olduğu məkanın dəqiq yeri təyin olunub və o nöqtədə kəşfiyyat əməliyyatları aparılıb;

 

- Gözətçi qülləsinin uçuş heyəti ilə danışıqlarında heç bir şübhəli hal müşahidə edilməyib.


OXŞAR XƏBƏRLƏR

Dağlıq ərazilərə qar yağdı - FAKTİKİ HAVA

Bəzi çaylardan sel keçib, dağlıq ərazilərə qar yağıb.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.   Bildi...

Prezident: "Birləşmiş Krallıq ilə münasibətlər bizim üçün xüsusi əhəmiyyət kəsb edir"

Birləşmiş Krallıq ilə münasibətlər bizim üçün xüsusi əhəmiyyət kəsb edir.   Sfera.az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Prezide...

İlham Əliyev Böyük Britaniya kralını TƏBRİK ETDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza təbrik məktubu ünvanlayıb.   Sfe...

Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə PAYLAŞIM ETDİ

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə sosial şəbəkədə paylaşım edib.   Sfera.az payla...

DYP bayram günləri ilə bağlı əhaliyə MÜRACİƏT ETDİ

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində xidmətin təşkili ilə bağlı əhaliyə müraciət edib.   Sfera.az xəbər verir ki, Qurban bayramı ...

Ermənistana məxsus təyyarə Moldovaya buraxılmadı - VİDEO

Ermənistana məxsus olan və Kişinyov-İrəvan-Kişinyov reysi ilə uçan təyyarəyə Moldovanın paytaxtında enişə icazə verilməyib.   Sfera.az-ın Moldovanın ...