Rüşvətxor polkovnik-leytenant həbs olundu
![Rüşvətxor polkovnik-leytenant həbs olundu](https://sfera.az/photo/orginal/2024/05/23/1716481300_hebs.jpeg)
19:47 / 23.05.2024
5476
Rusiyanın Moskva vilayətinin Federal Penitensiar Xidmətinin rəis müavini Vladimir Talayev paytaxtın Tverskoy Məhkəməsinin qərarı ilə həbs edilib.
Sfera.az bildirir ki, polkovnik-leytenant qabaqcadan əlbir olaraq xüsusilə külli miqdarda rüşvətxorluqda vasitəçilikdə ittiham olunub.
İstintaqın məlumatına görə, V.A.Talayev digər təqsirləndirilən şəxslərlə əvvəlcədən razılaşaraq “RZN FOOD” MMC-nin maraqları naminə fəaliyyət göstərən vasitəçidən pul alıb. (Lent.az)