\"Məşhur bir mahnı var, 75 il əvvəl...\" - Putindən MARAQLI AÇIQLAMA

\

Rusiya Prezidenti Vladimir Putin 1940-cı illərin mahnısından sitat gətirərək Moskva ilə Pekin arasındakı münasibətləri xarakterizə edib. 

 

Sfera.az “TASS”a istinadən xəbər verir ki, o, Rusiya ilə Çin arasında diplomatik münasibətlərin qurulmasının 75 illiyinə və Mədəniyyətlərarası İllərin başlanmasına həsr olunmuş konsertdən əvvəl çıxış edərək iki ölkə arasında qardaşlıq münasibətlərinə əminliyini ifadə edib.

 

"Tədbir diplomatik münasibətlərin qurulmasının 75-ci ildönümünə həsr olunub. O dövrdən məşhur bir mahnı var, 75 il əvvəl yaranıb, lakin bu gün tez-tez oxunur. Orada kifayət qədər məşhur bir misra var: "Rus və Çinlilər əbədi olaraq qardaşdırlar”, - Putin bildirib.

 

"Əminəm ki, biz ahəngdar Rusiya-Çin tərəfdaşlığının qardaşlıq ruhunu bundan sonra da gücləndirəcəyik", - Rusiya prezidenti vurğulayıb.

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

Stüardessanın bağırsağından təxminən 1 kq qızıl tapıldı - FOTO

Bir stüardessa bir kiloqram qızılı düz bağırsağında gizlədərək, Maskatdan Kannura (Oman-Hindistan) uçmağa cəhd göstərib.   Sfera.az bildirir ki, stüa...

Bred Pitt qızı ilə yenidən barışacağına ümid edir

Bred Pitt 18 yaşlı qızı Şilo ilə münasibətlərini bərpa edə biləcəyinə əmindir.   Sfera.az bildirir ki, məşhur ulduz cütıüyün qızı Şilohun artıq 18 ya...

Zelenskidən Braziliya liderinə ultimatum: "Bizim tərəfimizdə olmalısınız"

Ukrayna Prezidenti Volodimir Zelenski "O Globo" telekanalına müsahibəsində deyib ki, Braziliya Rusiya ilə sıx iqtisadi əlaqələri kəsməli və Moskvaya u...

Fermada böyüyən Amerikanın ən zəngin qadını uğurunun sirlərini bölüşdü 

77 yaşlı Diane Hendricksin sərvəti təxminən 20,9 milyard dollardır. Dayan Hendricks artıq yeddinci ildir ki, Amerikanın ən varlı qadınları siyahısına başçı...

Süni intellektə malik ən məşhur smartfonlar açıqlandı

"Counterpoint Research" 2024-cü ilin birinci rübündə süni intellekt (AI) funksiyalarına malik ən çox satılan smartfonların siyahısını açıqlayıb. ...

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.   Sfera.az-ın məlumat...