Tayvan sahillərində güclü zəlzələ oldu
Dünya
10:37 / 21.04.2024
5162
Tayvan sahillərində 5,1 bal gücündə zəlzələ qeydə alınıb.
Sfera.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri təxminən 320 min nəfər əhalisi olan Hualien şəhərindən 51 kilometr cənubda yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.