ABŞ-ın Ukraynaya yeni yardımı təsdiqləndi

22:29 / 20.04.2024
5327
ABŞ Konqresinin Nümayəndələr Palatasında uzun müddətdən sonra Ukraynaya 61 milyard dollarlıq yardım haqqında qanunu təsdiqlənib.
Sfera.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, palatada həmçinin İsrail və Tayvana hərbi yardım göstərilməsi, Rusiyanın dondurulmuş aktivlərinin Kiyevə verilməsi məqsədilə müsadirə edilməsi və Çinə qarşı əlavə sanksiyaların tətbiqi ilə bağlı qanun layihələri təsdiqlənib.