Gürcüstan parlamentində kütləvi dava düşdü

Gürcüstan parlamentində kütləvi dava düşdü

Gürcüstan parlamentində “Xarici agentlər haqqında qanun”un müzakirəsi zamanı səs-küylü insident yaşanıb. 

 

Sfera.az bildirir ki, Gürcüstan parlamentinin hüquq komitəsinin iclası zamanı “Vətəndaşlar” partiyasının rəhbəri Aleko Elisaşvili parlament çoxluğunu təmsil edən “Gürcü arzusu” partiyasından olan Mamuka Mdinaradze ilə dava edib. 

 

Mdinaradze Anna Natsvlişvili (Lelo partiyası) ilə mübahisə edib. Bu zaman Elisaşvili podiumun arxasında dayanan Mdinaradzeyə yaxınlaşaraq, onun üzünə yumruq zərbəsi endirib. Hadisədən sonra hər iki deputat iclas zalını tərk edib. Jurnalistlərin sözlərinə görə, dava dəhlizdə davam edib. Daha sonra Aleko Elisaşvili parlament binasını tərk edib.


Davadan sonra deputatın özünün dediyinə görə, o, binadan çıxarılıb. O, bildirib ki, həmişə bir insan kimi “Gürcü arzusu” ilə ünsiyyət qurmağa çalışıb. 

 

“Biz onları “Rusiya qanunları” ilə birlikdə çölə atmalıyıq, bütün bunlardan bezmişəm. Mən bu rus agenti Mdinaradzenin üzünə yumruq vurmuşam”- deyə Elisaşvili bildirib.

 

Yarım saat sonra hüquq komitəsinin iclası davam etdirilib. Təşkilatın sədri Anri Oxanaşvili müxalifətçiləri və hüquq müdafiəçilərini “bu rəzil davranışa qiymət verməyə” çağırıb.

 

Öz növbəsində Mamuka Mdinaradze də fikrini bildirib. Onun sözlərinə görə, Elisaşvili onun üstünə oğru kimi gizlin gələrək vurub.

 

Qeyd edək ki, insident Gürcüstan parlamentinin Rusiya Federasiyasında qüvvədə olan “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin müzakirəsi zamanı yaşanıb. Qanunun əleyhdarları axşam saatlarında parlament binası yaxınlığında “Avropaya bəli, Rusiya qanunlarına yox!” şüarı ilə etiraz aksiyası keçirməyi planlaşdırıblar.

 

Xatırladaq ki, ötən ilin yazında parlamentdə xarici agentlər haqqında qanun qəbul edildikdən sonra da Tbilisi sakinləri küçələrə axışmışdı. Aksiya hüquq-mühafizə orqanlarının əməkdaşları ilə toqquşma ilə başa çatmış, 66 etirazçı saxlanılmışdı.

 

Gürcüstanda “xarici agentlər haqqında” qanun layihəsinə görə insanlar kütləvi şəkildə küçələrə çıxmağa başlayıb.

 

Gürcüstanın böyük şəhərlərində insanlar 2023-cü ilin martında olduğu kimi mitinqlərə başlayıb. Onlar hakimiyyətdən Rusiyadakı qanunlarla eyni qanunları qəbul etməməyi tələb edirlər. Polis parlament binasını mühasirəyə alıb. 14 nəfər saxlanılıb

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...